Başı kəsilən tələbə qızıın atası imkanlı biznesmendir

🗓 23.10.2014 10:21 ✍️ "Elçi" qəzeti
Başı kəsilən tələbə qızıın atası  imkanlı biznesmendir

Qızın atasının Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri varimg1661580

Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın ailəsi Şəkidə sayılıb-seçilən ailələrdən biridir.
ANS PRESS-in məlumatına görə, Etibar Nuriyev tanınmış biznesmendir.
Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.
Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.
Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
 

Bənzər yazılar