Bakıda xidmətçi çalışdığı evdən 30 min manat pul oğurlayıb

🗓 13.10.2014 14:17 ✍️ "Elçi" qəzeti
Bakıda xidmətçi çalışdığı evdən 30 min manat pul oğurlayıb
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. 1Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.

Bənzər yazılar