Bakıda maşın partladı - (Video)

🗓 04.11.2014 11:42 ✍️ "Elçi" qəzeti
Bakıda maşın partladı - (Video)
70581_res_01Bakıda ötən gecə minik maşını partlayıb. Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, gecə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı körpüdə maşın alışıb. Daha sonra maşının yanacaq çəni partlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən bildirilib ki, gecə saatlarında Ağasi Qafarova məxsus “Daewoo-Espero” markalı maşının arxa oturacağında qısaqapanmadan yanğın olub. Yanğın qısa zamanda maşının yanacaq çəninə də keçib. Hadisə zamanı sürücü maşından çıxaraq xilas ola bilib.

Bənzər yazılar