Azərbaycan və Rusiya maliyyə xidmətləri arasında saziş

🗓 24.05.2015 13:51 ✍️ "Elçi" qəzeti
Azərbaycan və Rusiya maliyyə xidmətləri arasında saziş
Merkezi-BankAzərbaycan prezidenti İlham Əliyev Mərkəz Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. AİM.AZ-ın President.az saytına istinadən verdiyi xəbərə görə, Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış saziş təsdiq edilib. Həmçinin Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi tapşırlıb. Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətinə bildiriş göndərəcək. Asif MEHMAN, Aim.az

Bənzər yazılar