Azərbaycan qaz ixracını 7% artırıb

🗓 17.07.2015 12:01 ✍️ "Elçi" qəzeti
Azərbaycan qaz ixracını 7% artırıb
Azərbaycan qaz ixracını 7% artırıb
Cari ilin iyun ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 4 547 089,31 min kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,76% çoxdur.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik müqayisədə 21,80% azalaraq 895 927,62 min kubmetr təşkil edib.
Məlumata əsasən, iyun ayında həyata keçirilən qaz ixracı 143 883,90 min ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 26,72% azdır.
Hesabat ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmində 0,57% azalma qeydə alınıb. Hesabata əsasən, qeyd edilən dövrdə 1 103 617,92 min kubmetr qaz kondensatı ixrac edilib.

Bənzər yazılar