Aybəniz Haşımovanın ad günüdür

🗓 22.08.2014 09:55 ✍️ "Elçi" qəzeti
Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış ifaçı Aybəniz Haşımova doğum gününü qeyd edir. Bu barədə Aktual.az xəbər yayıb.
Sənətkar 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub. Gənc sənətkarların ərsəyə gəlməsində,17646 musiqi sənətinin incəliklərini öyrənməsində misilsiz xidmətləri olan əməkdar artistin yetişməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Gənc yaşlarından müğənni Ulu Öndərin sayəsində tanınmış sənətçi ittifaq ölkələrində keçirilən musiqi festivallarına qatılıb.
"Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində qəhrəmancasına döyüşüb, şəhid olub.
Sənətkarlar ailəsi olan Aybəniz xanımın bacısı xalq artisti Şahnaz Haşımova, qızı isə gənc müğənni Aynişan Quliyevadır.
Xatırladaq ki, Aybəniz xanım ictimai aktivliyi ilə seçilir və gənclər sektorunun inkişafı ilə bağlı çoxsaylı layihələrin təşkilatçısı və aktiv iştirakçısı rolunda çıxış edir.
Mətbuatın da dostu olan Aybəniz Haşımovanı doğum günü münasibətilə Aktual.az portalının kollektivi adından təbrik edir, ona yeni-yeni uğurlar arzu edirik!

Bənzər yazılar