Aybəniz Haşımovadan atmaca...

🗓 02.09.2014 16:18 ✍️ "Elçi" qəzeti
“Bəzən də həddsiz dəyərlinin biri pisliyin qurbanı olub və Onu tanımağa çox gecikmişik"14668
"O, hər yerə utanmazcasına burnunu soxmaqdan çəkinmir"
“Bəzən bəzi bacarıqsızlar öz bacarıqsızlıqlarının heyfini başqalarının bacarığından cıxır.
Onları cəmiyyətdən və yaxud da layiq olduqları vəzifədən uzaqlaşdırmaq ücün əllərindən gələn, “bacardıqları” pisliklərdən var qüvvələrini uzaq tutmurlar”.
Moderator.az xəbər verir ki, bunu öz facebook səhifəsində paylaşdığı statusunda tanınmış ifaçı, əməkdar artist Aybəniz Haşımova qeyd edib.
Onun qeyd etdiyinə görə, həmin “adamlar” bəzən bunu  bacarmırlar, cünki qarşılarındakı güc o qədər iradəcə qüvvəli olur  və kənar tərəfdən qəbul olunur ki, ona sadəcə, gücləri çata bilmir.
“Bəzən də həddsiz dəyərlinin biri pisliyin qurbanı olub və Onu tanımağa çox gecikmişik.
Apar-topar, birini pisləyənlərin ardinca çox vaxt tez qaçırıq. Nəticədə kim itirir deyə bilərik? Əlbəttə ki, mən deyərəm Xalq. Bizə hər yerdə Dəyərlilər lazımdır.
Dəyərsizlər onsuz da dünyada çoxdur. Onu axtarmağa da  gərək yoxdur... O, hər yerə utanmazcasına burnunu soxmaqdan çəkinmir.
Dünyanın, pisliklər tərəfindən sonuna cəhdlərinin kənardan mənzərəsini izlədikcə özüm-özümə deyirəm:tələs ey insan,yaxşılıq etməyə. Cünki onu etməyə zamanın elə də çox deyil!”, - deyə, A.Haşımova daha sonra qeyd edib.

Bənzər yazılar