image-arjantin-sel-reu-2340213_1backend

Argentinada daşqınlar: Ölənlərin sayı 16-ya çatıb

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Elchi.az xəbər verir ki, Buenos-Ayres əyalət polisi daşqınlardan zərər çəkmiş liman şəhəri Bahia Blancada ölənlərin sayının artdığını bildirib.
Açıqlamada daşqınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi, axtarış-xilasetmə işlərinin aramsız olaraq davam etdiyi bildirilib.
Evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin hələ də kəsildiyi və suların çəkilməsini gözlədiyi bildirilib.
Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş Bahia Blancaya baxış keçirib.
Yerli medianın məlumatına görə, Bahia Blanca şəhərində təxliyə edilənlərin sayı 900-ü keçib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki