ARDNŞ-in “iş verəni” həbs olundu

Şabran rayonunda vətəndaşları aldadaraq pulunu mənimsəyən dələduz tutulub.

Məlumatı verən rayon sakininin dediyinə görə, sonuncu belə dələduzluq əməli zamanı Yaşar polislər tərəfindən həbs olunub. Belə ki, Şabranın Uzunboyad kəndində kafe sahibi olan Ruslan İsmayılovu ARDNŞ-ə düzəltmək üçün 150 manat alıb. Bu vəsaitin ona əmək kitabçası açmaq üçün lazım olduğunu bildirib. Əvəzində ayda 800 manat əmək haqqı olan işi olacağına söz verib.
R.İsmayılov pulu verdikdən sonra onun hərəkətlərindən şübhələnib. Ertəsi gün Yaşara etdiyi zənglər cavabsız qalıb. Ona ismarıc göndərib ki, başqa adamlar da işə düzəlmək istəyirlər. Yaşar bu mesajdan şirkinlənib R.İsmayılovun kafesinə yenidən gəlib.
Kafeyə gələndə onu polislər qarşılayıb və rayon polis şöbəsinə aparıblar. Məlumatda deyilir ki, saxlanan şəxs etdiyi əməlləri etiraf edib. Hazırda polis onun aldatdığı digər vətəndaşları da axtarır.