Kiyevə silah tədarükünün dayandırılması Ukraynanın Rusiya ilə münaqişədə dərhal məğlub olması deməkdir. Elchi.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Welt telekanalının efirində bildirib.
“Əgər biz bu gün Ukraynaya silah tədarükünü dayandırsaydıq, sabah Ukraynanın sonu gələcək”, – deyə Almaniyalı nazir deyib.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirmişdi ki, ABŞ Rusiya ilə münaqişədə məğlub olduqdan sonra NATO qüvvələri ilə birlikdə Ukraynada əməliyyat keçirə bilər. Hərbçilər ABŞ-ın Şimali Atlantika Alyansı ilə birlikdə son anda Ukrayna hakimiyyətini müdafiə etməyə cəhd edəcəyindən ehtiyat etdiklərini bildiriblər.
Havar Şəfiyeva