ABŞ-ın Fələstinə veto qoymasına Çinin sərt reaksiyası

🗓 19.04.2024 20:16 ✍️ "Elçi" qəzeti
ABŞ-ın Fələstinə veto qoymasına Çinin sərt reaksiyası

Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlük müraciətinin ABŞ-ın vetosuna görə rədd edilməsinə reaksiya verərək, Yaxın Şərqdə daimi sülhün yeganə yolunun müstəqil Fələstin dövlətinin yaradılmasından keçdiyini bildirib. Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü "Lin Jian" Pekində keçirilən gündəlik mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) keçirilən səsvermə ilə bağlı qiymətləndirmə edib. Sözçü Lin, Fələstinin 2011-ci ildə etdiyi müraciətdə ABŞ-ın etirazına görə Şuranın qərarının dayandırıldığını, 13 il sonra isə Fələstinin BMT-yə tam üzvlük müraciətinin ABŞ-ın vetosu ilə bir daha rədd edildiyini bildirib. "Fələstinlilərin onilliklərdir qoruyub saxladıqları müstəqillikləri, "Dövlət qurmaq arzusu bir daha amansızcasına küncə atıldı və ABŞ-ın bu hərəkətlərini tarix və bəşəriyyət xatırlayacaq" -deyib. İsrail-Fələstin probleminin hələ də davam etdiyini və Qəzzada böyük bir humanitar böhrana səbəb olduğunu xatırladan Lin, “Fələstinin BMT-yə tam üzvlüyünə ABŞ veto qoysa da, beynəlxalq ictimaiyyətin ədalətli və qalıcı bir həll tapacağına dair gözləntisi var. Fələstin problemi rədd edilməməlidir”, - deyə bildirib. Nuranə Məmmədova

Bənzər yazılar