“Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlər Hörmüz boğazında təhlükəsizliklə bağlı fikir ayrılıqları səbəbindən yenidən dərin böhran astanasındadır”.
Elchi.az-ın məlumatına görə, bu barədə “Politico” nəşri avropalı diplomatlara istinadən xəbər verir.
Onların sözlərinə görə, bazar ertəsi Brüsseldə görüşən xarici işlər nazirləri ABŞ-ın gəmiçilik təhlükəsizliyinin təmin edilməsində iştirak tələbinə demək olar ki, yekdilliklə qarşı çıxıblar. Onlar qeyd ediblər ki, ABŞ administrasiyası buna hazır olmasa, Aİ ölkələri öz gəmilərini və qoşunlarını təhlükəyə atmağa hazır deyillər. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Hörmüz boğazından neft idxal edən ölkələr oraya hərbi gəmilər göndərməklə gəmiçilik təhlükəsizliyinin təmin edilməsində iştirak etməlidirlər.
Yeganə





















