image-snimok-yekrana-186backend

9 milyard dollar dəyərində bitkoini oğurladı, 5 il həbs cəzası aldı

Dünyanın ən böyük Bitcoin oğurluğundan birində günahını etiraf edən amerikalı internet haker 5 il həbs cəzasına məhkum edilib. 2016-cı ildə törədilən quldurluğun hazırkı bazar dəyəri təxminən 9 milyard dollara bərabərdir.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, İlya Lixtenşteyn adlı internet haker və onun həyat yoldaşı Hizer Morqan 2022-ci ildə Nyu Yorkda həbs edilib. Polisin illərdir arxasınca düşdüyü cütlük fərqli şəxsiyyətlər qəbul edərək soyğunçuluqdan uzaqlaşmağa çalışırdılar.
Razzlekhan adı ilə rep klipləri çəkən Morqan özünü texnologiya sahəsində təşəbbüskar və repçi kimi təqdim etdi; O, bəzi kliplərində də özünü “türk” adlandırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki