"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

2015-də “status-kvo”nu nə gözləyir?

25 Dekabr 2014 - 09:45
in MANŞET
FacebookVatsap

Ekspertlərə görə, gələn il Bakının Qarabağa stavkası artacaq; rusiyalı analitik: “Azərbaycan Güney Qafqazda öz öncüllüyünü sırf img1709574iqtisadi vasitələrlə də təsbit edə bilər…”

Bunu da oxuyun

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Problemin dinc nizamlanması yolunda yeni böyük əngəl isə ilin əvvəlində – mart ayında Rusiyanın “referendum” (“öz müqəddəratı təyinetmə haqqı”) bəhanəsi ilə Krımı ilhaq eləməsi zamanı yaranmışdı. Hələ o zaman aydın idi ki, Ukraynaya görə kəskinləşən Rusiya-Qərb qarşıdurması Qarabağ probleminin danışıqlar yolu ilə həllinə yardımçı olmayacaq, əksinə, əlavə əngəllər yaradacaq.

Elə də oldu. Uzun müddət Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutmadı. Və yalnız avqustda – cəbhədəki “mini-müharibə”dən sonra Rusiya Qərbə həm də güc nümayiş etdirmək üçün “işə qarışdı”, Soçi görüşü reallaşdı, genişmiqyaslı müharibə riski minimuma endi.
Əslində Kremlin özü də bunda maraqlı idi. Çünki Ukraynanın ardınca postsovet məkanında, üstəlik, “qulağının dibində” ikinci bir cəbhənin açılması onun strateji maraqlarına uyğun deyildi. İndi də uyğun görünmür – üstəgəl, Türkiyə faktoruna görə.
Məsələdə ən maraqlı detal da budur ki, Qərb (ABŞ və Avropa) da yeni Qarabağ savaşanı arzulamır, bunu istər region, istərsə də Qərb və hətta Rusiya üçün ağır fəsadlar verə biləcəyini düşünür. Bu mənada prezidentlərin Soçi görüşü Amerika və Avropanın da strateji çıxarlarına cavab verirdi. Təsadüfi deyil ki, Soçidən dərhal sonra, cəmi 1-2 aylıq fasilə ilə prezidentlərin daha iki görüşünü ABŞ və Fransa təşkil elədi.
Lakin hər üç görüş nizamlama prosesi ətrafında müəyyən gümrahlaşdırıcı fon yaratsa da, əsas məsələ – status-kvonu dəyişdirmək və Böyük Sülh Sazişi üzərində işə başlamaq yenə mümkün olmadı. Beləcə, çoxillik Qarabağ ixtilafı bütün ağırlığı ilə növbəti ilə adlamış oldu. Bəs gələn il status-kvonu dəyişmək mümkün olacaqmı və bunu kim edəcək – vasitəçi dövlətlər, beynəlxalq birlik, yoxsa illərdir işğal vəziyyəti ilə barışmaq istəməyən, fəqət buna məhkum edilən Azərbaycan?
***
Bu mövzuda danışan tanınmış rusiyalı politoloqlardan olan  Sergey Markedonov hesab edir ki, hələ ki, Dağlıq Qarabağ məsələsi ətrafında status-kvonun dəyişməsi Moskvanın marağında deyil. Bu sözləri o, Azərbaycanın xarici işlər nazirinin müavininin “Rusiya-Türkiyə əməkdaşlığı Azərbaycana sərfəlidir, çünki Moskva Minsk Qrupunun həmsədridir, Türkiyə isə Ermənistanla həmsərhəddir” fikrinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşması Kremlin maraqları çərçivəsində cərəyan edəcək: “Rusiyanın maraqları isə hazırda status-kvonu saxlamaqdan ibarətdir. Mən əminəm ki, bu mövqeyi dəyişmək üçün zəmin yoxdur”.
Politoloq fikrini belə əsaslandırıb: “Heç kim güzəşt xətrinə güzəştə getmir. Axı Moskva bilir ki, Azərbaycan yönünü Rusiyaya dəyişməyəcək. Bu istisnadır. Ona görə ki, energetika sistemi nöqteyi-nəzərdən Azərbaycan Qərbin bir hissəsidir, Qərbdə energetik plüralizm adlanan anlayışın tərkib hissəsidir. Bu, öz-özlüyündə Rusiyaya ciddi təhdiddir. O ayrı məsələdir ki, siyasi anlamda Azərbaycan Qərb deyil və bu məsələdə Rusiya Azərbaycana olduqca yaxındır. İki ölkə arasında xüsusilə Dağıstanla sərhədlə ilgili və Xəzər dənizi hövzəsində  ortaq təhlükəsizlik təhdidləri var. Bu, Azərbaycana Gürcüstan yolunu təkrarlamağa imkan vermir”.
Rusiyalı ekspertin qənaətincə, Kreml real faktorları nəzərə alaraq hərəkət eləməyə çalışır: “Erməni tərəfində Rusiyanın mövqeyinin dəyişəcəyi ilə bağlı narahatlıqların əsası yoxdur. Guya Azərbaycan öz ərazisindən Qərb şirkətlərini qovacaq? Əlbəttə ki, yox. Ya bəlkə Bakı-Tiflis-Ceyhan bağlanacaq? Yenə yox. Azərbaycan Qərbə qarşı özünü qoymayacaq”.
***
“2015-ci il bütün dünya üçün, o cümlədən Rusiya üçün sınaq ili olacaq. Həmçinin müxtəlif bölgələrdə konflikt potensialından istifadə anlamında sınaq ili olacaq. Məhz onda Qərbin Rusiyaya qarşı indiki sanksiyaların ən böyük effektini gözləmək lazım gələcək”. Bu fikirləri isə vesti.az-a açıqlamasında başqa bir rusiyalı siyasi şərhçi və tarixçi Sergey Balmasov söyləyib.
Azərbaycana gəlincə, o, başa çatmaqda olan ili ölkəmiz üçün onun Qərbdən ötrü mühüm energetik dövlət qismində əhəmiyyətinin möhkəmlənməsi ilə yadda qaldığını bildirib: “Yaxın illərdə Bakı Qərb üçün daha güclü cazibə mərkəzi olacaq və özünün energetik statusunun möhkəmlənməsi ilə onun siyasi stavkaları, o sırada Qarabağla bağlı stavkaları artacaq”.
Analitikin fikrincə, son vaxtlar “pərdəarxası qüvvələr”in Qarabağ münaqişəsini geniş miqyaslı müharibəyədək alovlandırmaq səylərinin gücləndiyi müşahidə edilir: “Bu da artıq aşkar tendensiyadır. Azərbaycan da, Ermənistan da hadisələrin belə inkişafından yayınmalıdır. Hər halda, Azərbaycanın şansı var ki, Güney Qafqazda öz birinciliyini sırf iqtisadi vasitələrlə sübut eləsin”.
Tarixçi hesab edir ki, erməni tərəfdən müəyyən qüvvələr Bakını üzücü münaqişəyə cəlb eləməyə çalışacaq: “Məqsəd budur ki, Rusiya tərəfdən diqqəti və resursları daha çox özlərinə çəksinlər”.
Təhlilçiyə görə, Ukraynadakı mürəkkəb vəziyyət və Qərblə tarıma çəkilən münasibətlər şəraitində 2015-ci ildə Cənubi Qafqazda status-kvonun saxlanması Moskvaya sərf edir.
***
Bu arada Moskvada Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçıları səviyyəsində keçirilən toplantısında Qarabağ məsələsi də diqqət mərkəzində olub. Hərbi-siyasi blokun üzvləri problemin müstəsna olaraq dinc vasitələrlə yoluna qoyulmasının tərəfdarı olduqlarını bəyan ediblər.
Bu barədə KTMT-nin bugünkü Moskva sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib. “Biz – KTMT-yə üzv dövlətlər həmçinin, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc vasitələrlə həllinin, habelə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə bu münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işi tezliklə tamamlamağın vacibliyini qeyd edirik” – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, KTMT-yə 6 postsovet ölkəsi – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin aydındır ki, 6 ölkədən yalnız Rusiyanın Qarabağ məsələsinə real təsir imkanları var. Əfsus ki, bu imkanlar 2014-cü ildə də hərəkətə gətirilmədi. 2015-ci ildə necə olacağını söyləmək isə çətindir, hərçənd rusiyalı ekspertlər Kremlin hələ ki mövcud durumun kardinal şəkildə dəyişməsində maraqlı olmadığını iddia edirlər.
Ancaq bu, sadəcə, təxminlərdir. Dəqiq olan odur ki, hələn il bütün dünya, öncəliklə də böyük vasitəçi güclər Qarabağ konflikti ilə də ciddi imtahana çəkiləcəklər. Ən azı o səbəbə ki, bu münaqişə olduqca təhlükəli bir fazaya daxil olub və yaxın gələcəkdə status-kvo yaxşıya dəyişməsə, problemi dinc vasitələrlə nizamlama qat-qat qəliz olacaq.
***
Status-kvonu isə üç tərəfdən biri dəyişə bilər – Qərb, Rusiya (Ermənistan söz sahibi olmadığı və Kremlin vassalı olduğundan bura daxil deyil) və Azərbaycan. Əlbəttə ki, söhbət heç də müharibə variantından getmir. Bu variant bəlkə də tərəflərin heç biri üçün məqbul sayılmır və təhlükəlidir.
Ancaq güc hədəsi ilə situasiyanı yaxşıya doğru dəyişmək mümkündür. Söhbət işğalçını sülhə vadar eləməkdən, bu sülh naminə ilkin mərhələdə onu heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmağa məcbur eləməkdən gedir. Bunu isə Rusiya, yaxud ABŞ (Qərb) reallaşdıra bilər. Əks halda, 2015-ci ildə müharibə riski pik həddə çatacaq və status-kvonu Azərbaycan özü dəyişməli olacaq.

 

Previous Post

2015-də “status-kvo”nu nə gözləyir?

Next Post

Sarkisyanın varisi kim olacaq?

Bənzər yazılar

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00

"Ukrayna müharibəni Rusiyaya uduzmur, lakin onun tezliklə başa çatmasını müdafiə edir. Axı bu münaqişə ən qiymətli şeyə – insan həyatına...

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21

ABŞ-da fəaliyyət göstərən "Washington Post" qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir....

Next Post

Sarkisyanın varisi kim olacaq?

“Yeni Müsavat” prezidentə müraciət etdi

Son xəbərlər

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

21 Oktyabr 2026 - 16:35
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27
“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

21 Oktyabr 2026 - 16:20
Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12
Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04
Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

21 Oktyabr 2026 - 16:00
Tramp fermerlərə kömək edəcək

Tramp fermerlərə kömək edəcək

21 Oktyabr 2026 - 15:51
“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

21 Oktyabr 2026 - 15:42
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30
“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

21 Oktyabr 2026 - 15:16
Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08
“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

21 Oktyabr 2026 - 15:00
Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

21 Oktyabr 2026 - 14:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43
Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

21 Oktyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.