Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, ABŞ Donald Tramp administrasiyasının Rusiyanın enerji təchizatına qoyulan məhdudiyyətləri yumşaltmaq üçün atdığı addımlara baxmayaraq, Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişə bitənə qədər Rusiyaya qarşı enerji sanksiyalarını ləğv etmək niyyətində deyil.
Elchi.az xəbər verir ki, Leyen bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edərkən deyib.
“Mövcud müzakirələr fonunda mən tamamilə aydın olmaq istəyirəm: bu sanksiyalar Rusiya müharibəni bitirənə qədər qüvvədə qalacaq”,-deyə Leyen qeyd edib.
Avropa Komissiyası sədrinin bəyanatları Vaşinqtonun Rusiyanın enerji sektorunda məhdudiyyətlərə münasibətinin dəyişməsi fonunda səslənib. Tramp administrasiyası bundan əvvəl Rusiyadan dizel yanacağı tədarükünə qarşı sanksiyaları yumşaldıb və Rusiyaya qarşı bir sıra yeni məhdudiyyətlərin tətbiqini dayandırıb.
Yeganə





















