"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
in MANŞET
FacebookVatsap

Moderator.az-ın Pərvin Şakirqızı ilə“Rəsmilərin mövqeyi” rubrikasının növbəti müsahibəsini təqdim edirik.

Bunu da oxuyun

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Bu dəfə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevlə regionun siyasi gündəmini müzakirə etdik.

Söhbətimizdə Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, Zəngəzur dəhlizinin açılması perspektivləri, Ermənistanın danışıqları uzatmaqda mümkün məqsədləri və regionda dəyişən geosiyasi şərait diqqət mərkəzində oldu.

Eyni zamanda, Ermənistanın silahlanmasının doğura biləcəyi təhlükələr, sülhün Azərbaycanın hərbi xərclərinə və iqtisadi inkişafına təsiri, eləcə də xarici investisiyaların cəlb olunması imkanları barədə deputatın mövqeyini öyrəndik.

Həmin müsahibəni təqdim edirik:

— Qüdrət müəllim, Ermənistanın sülh prosesindəki mövqeyini necə qiymətləndirirsiniz? Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması
istiqamətində konkret addımların ləngiməsini nə ilə əlaqələndirirsiniz?

— Ermənistan vaxt udmağa çalışır. Bu, birmənalıdır. Mən əvvəllər də demişəm ki, Ermənistanla qısa müddətdə sülh sazişi imzalamaq və Zəngəzur dəhlizinin açılmasına nail olmaq üçün ona təzyiqləri artırmalıyıq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs barədə bəyanatda Zəngəzur dəhlizinin açılması və həmin dəhlizə Rusiyanın nəzarət etməsi nəzərdə tutulmuşdu.

Lakin zaman keçdikcə gördük ki, Ermənistan bu dəhlizi açmaq fikrindən çox uzaqdır. Təəssüf ki, Rusiya da Ermənistana bu istiqamətdə ciddi təzyiq göstərmədi.

2025-ci ildə isə Amerika Birləşmiş Ştatları vasitəçilik missiyasını gücləndirdi və onun təşəbbüsü ilə Vaşinqtonda sülh sazişinin layihəsi paraflandı. Ancaq bundan sonra da Zəngəzur dəhlizinin açılması istiqamətində konkret işlərə başlanılmadı, sülh prosesi irəli aparılmadı.

Seçkilər ərəfəsində sülh prosesini aparan Paşinyanın  qələbəsini təmin etməyə kömək etmək məqsədilə Azərbaycan Ermənistana dəmir yolu xəttini  açdı ki, Qazaxıstan və Rusiya yüklərini  Azərbaycan üzərindən Ermənistana göndərə bilsin.

Azərbaycan Ermənistana yanacaq satmağa başladı. Bu, orada strateji məhsul olan yanacağın qiymətinin  artmasının qarşısını aldı. Bundan başqa, Azərbaycan üzərindən gübrə, taxıl və digər strateji yüklər daşındı. Bütün bunların qarşılığında gördük ki, Ermənistan hiyləgər bir oyun oynayır.

Ermənistan kiçik ölkə olsa da, seçkilərin nəticələri dərhal açıqlanmadı və nəticələri saxtalaşdırıldı.Seçkilərin nəticələri  saxtalaşdırılırdısa  ,Paşinyan istəsəydi, parlamentdə konstitusion səs çoxluğunu da təmin edə bilərdi.

Lakin məqsədyönlü şəkildə bunu etmədi. Məqsədi o idi ki, sonradan sülh sazişi üçün Konstitusiyalarını dəyişmək məqsədilə referendum məsələsinin parlamentin müzakirəsinə çıxaracağı təqdirdə sənədin qəbul olunmaya biləcəyini əsas gətirsin.İndi də başlayıb ki,referendum barədə qərar parlamentdə qəbul olunmasa parlamenti buraxıb yeni seçki təyin edəcək.

Beləliklə, vaxtı uzadır,bölgədə marağı olan böyük güclərə gah buynuz göstərir, gah reverans edir,onlar arasında manevr etməklə hakimiyyətini uzadır. Amma bir gün bunun ağır nəticələri ola biləcəyini düşünmür.

Ermənistandakı bəzi revanşist qüvvələr açıq söyləyirlər ki,  Azərbaycan torpaqlarının 20 faizini işğal etdik, amma Azərbaycan işğalla barışmadı, özü üçün əlverişli beynəlxalq şəraitin yaranmasını gözlədi. Biz də indi danışıqları uzatmalı, özümüz üçün əlverişli şərait yaratmalıyıq.

İqtisadiyyatı neftdən asılı olan Azərbaycanın nefti tükənəcək,ölkə ciddi maliyyə çatışmamazlığı ilə üzləşəcək , biz isə zaman keçdikcə azad bazar iqtisadiyyatı və Qərb investisiyası sayəsində daha güclü dövlət olacağıq. Onlar  regionun İsraili ola biləcəklərini düşünürlər. O zaman müttəfiqlərinin  də dəstəyi ilə, Azərbaycana öz şərtlərini qəbul etdirəcəklərinə inanırlar.

Hər dəfə  Azərbaycan təzyiqləri artıranda Ermənistan sülhlə bağlı ümidverici bəyanatlar verməyə başlayır. Təzyiqlər azalan kimi isə hər şey  unudulur. Mən düşünmürəm ki, indiki şərtlər altında Ermənistan bizimlə sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin inşasına başlansın. Ermənistan onu da anlayır ki, hazırda nə İran, nə də Rusiya həmin dəhlizin açılmasında maraqlı deyil.

Ermənistan həm də Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir və bundan asılı olaraq öz xarici siyasət kursunu müəyyənləşdirəcək. Əgər Rusiya müharibədən zəif dövlət kimi çıxacaqsa, Ermənistan birmənalı şəkildə Qərblə əməkdaşlıq yolunu tutacaq və onun dəstəyinin gücləndirilməsinə  çalışacaq.

Yox, əgər Rusiya müharibədən daha güclü çıxsa və ABŞ-nin köməyi ilə Ukraynanı kapitulyasiyaya məcbur edə bilsə, Ermənistan tamamilə Rusiyayönümlü siyasət yürüdəcək,münaqişənin  yenidən Rusiyanın vasitəçiliyi ilə həll olunmasına çalışacaq .

Ermənistan bacardığı qədər bu prosesi uzadacaq ki, Azərbaycanla sülh sazişini özü üçün daha əlverişli şərtlərlə imzalasın. Ermənistan bu məsələdə tələsmir. Azərbaycan təzyiq göstərməlidir. Təzyiqlər artırılmasa, sülh sazişi imzalanmayacaq.

— Bəs sülh sazişinin imzalanması Azərbaycan üçün iqtisadi baxımdan nə dərəcədə vacibdir?

— Ona görə lazımdır ki, ilk növbədə hərbi xərcləri azaldaq.Təhlükəsizlik səbəbilə sərhədləri bağlı saxlamayaq,böyük islahatlara gedək. Hazırda bizim müdafiə xərclərimiz 8 milyard manatdan artıqdır. Sülh olsa ,region dövlətləri yaxından  əməkdaşlıq etsə ,ən azı bu məbləği iki dəfə azalda bilərik. Bu, çox böyük vəsaitdir.

Məsələn, 4 milyard manat vəsaitə qənaət edə bilsək, həmin vəsaiti başqa sahələrə yönəldə bilərik. Mən Məclisdə “aqrar sahə haqqında” qanunun müzakirəsi zamanı da dedim ki, kənd təsərrüfatına ildə təqribən  563 milyon manat investisiya qoyuruq. Bu, olduqca kiçik rəqəmdir.

Ona görə də ərzaq məhsullarının idxalı ildən-ilə artır, qiymətlər də yüksəlir. Hərbi xərclərin azaldılması hesabına qənaət edilən vəsaiti kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və emal sənayesinin inkişafına yönəldə bilərik.

Bundan başqa, aparılacaq islahatların nəticəsi olaraq  xarici investorlar da ölkəmizə yatırım edə ,müasir texnologiya gətirə bilərlər. Amma ölkədə sülh olmadığı müddətdə xarici investorların gəlib investisiya qoyması çətinləşir. Prezident də sülhün çox kövrək olduğunu bildirib. Belə bir şəraitdə investorların qərar verməsi daha çətin olur.

— Ermənistanın silahlanmasına diqqət yetirdikdə, onun yalnız müdafiə deyil, hücum məqsədli silahlar da aldığını müşahidə edirik.
Sizcə, bu, gələcək üçün hansı təhlükələr yaradır?

Qısacası, Ermənistan əslində nə istəyir: Sülh, yoxsa yenidən dəmir yumruqla üzləşmək?

— Ermənistan  Azərbaycanın iqtisadi inkişaf tempini görür və özünün inkişaf  perspektivlərini yüksək qiymətləndirir.  Xüsusilə erməni diasporasının güclü olduğu Amerika Birləşmiş Ştatları tərəfindən Ermənistana milyardlarla dollar investisiya qoyulur ,Hindistan,Fransa kimi nüvə dövlətləri ,İran tərəfindən ciddi formada dəstəklənir,silahla təchiz olunur.

Ermənistan Azərbaycandakı prosesləri də diqqətlə  izləyir , eyni zamanda, Qərbin Türkiyəyə təsir imkanlarının artacağını və  atəşkəs pozularsa Türkiyənin Azərbaycana lazımi səviyyədə dəstək verə bilməyəcəyinə ümid edir.

Ermənistan hazırda Azərbaycanın çox güclü olduğunu bildiyindən sülhə ümid yaradan açıqlamalar verməklə  qarşıdurmadan yayınmağa çalışır.Sülhə nail olmaq üçün region dövlətləri ilə də ciddi işləməliyik.

— Qüdrət müəllim, ayırdığınız vaxta və əhatəli cavablarınıza görə təşəkkür edirəm.

— Mən də sizə təşəkkür edirəm.

Previous Post

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Next Post

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Bənzər yazılar

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28

Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etməsini ABŞ-ın təşəbbüsləri fonunda Avropa ölkələrinin danışıqlarda daha fəal...

Next Post
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20
Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13
Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07
Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

28 Oktyabr 2026 - 11:24
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

28 Oktyabr 2026 - 11:15
Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

28 Oktyabr 2026 - 11:09
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

28 Oktyabr 2026 - 10:57
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43
Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

28 Oktyabr 2026 - 10:32
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

28 Oktyabr 2026 - 10:23
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.