Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etməsini ABŞ-ın təşəbbüsləri fonunda Avropa ölkələrinin danışıqlarda daha fəal iştirak etməsi çağırışları ilə izah edib.
Elchi.az xəbər verər ki, bu barədə o, mətbuat konfransında bəyan edib.
“Səbəblər çox idi”, – deyə Stubb bildirib və zəng imkanının bir il ərzində müzakirə olunduğunu, zəng ideyasının isə Oslodakı danışıqlarda yarandığını qeyd edib. Həftəsonu tərəflər bu anı zəng üçün münasib hesab ediblər, həm də ona görə ki, Şimal ölkələrinin baş nazirləri artıq Finlandiyada toplanmışdılar.
“Bizdə sülh danışıqlarının iflasa uğradığına dair güclü bir hiss var idi”, – deyə Stubb Putinə zəng etməsinin səbəbləri barədə suala cavab verərkən bildirib.
O əlavə edib ki, danışıqlar Kiyev və Vaşinqtonun koordinasiyası ilə aparılıb. Finlandiya prezidentinin sözlərinə görə, söhbət zamanı Ukraynadan Rusiyaya “birbaşa mesajlar” çatdırılıb.
Stubbun sözlərinə görə, Avropa fəaliyyətləri kimin koordinasiya etməli və təmasları kimin aparmalı olduğu barədə iştirakçıların fikir ayrılıqları olmasına baxmayaraq, ümumi kursunu saxlayır. Finlandiya və Norveç diqqəti qapalı diplomatik işə və mesajların çatdırılmasına yönəltməyə qərar veriblər, deyə o qeyd edib.
Məryəm





















