Amerikalı sahibkar İlon Mask etiraf edib ki, süni intellekt (AI) texnologiyaları bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər.
Elchi.az xəbər verir ki, o, bu barədə amerikalı yazıçı və jurnalist Walter Isaacsonun aparıcılığı ilə podkastda deyib.
“Düşünürəm ki, bunun ekzistensial təhlükə ola biləcəyi ehtimalı var. Amma mən bunu dayandırmaq üçün heç nə edə bilmərəm. Beləliklə, belə qənaətə gəldim ki, mənim iki yolum var: iştirakçı olmaq və ya müşahidəçi olmaq. Məncə, iştirakçı olmaq daha maraqlıdır”, – deyə Mask bildirib.
Sentyabrın 12-də Amerikanın “Anthropic” texnoloji şirkətinin baş direktoru Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişafını ləngitməyə çağıran məqalə dərc edib. O, qabaqcıl texnologiyaların inkişafının ləngiməsini əlaqələndirməklə, süni intellekt şirkətlərinin modellər kritik inkişaf səviyyəsinə çatana qədər bir-iki il əlavə vaxt qazana və ciddi səhv hesablamalardan qaça biləcəyi fikrini ifadə edib. Mask və OpenAI-nin baş direktoru Sam Altman bu proqnozla razılaşdılar.
ABŞ prezidenti Donald Tramp daha sonra süni intellektin inkişafının bəşəriyyətin varlığına təhlükə yarada biləcəyindən narahat olmadığını bildirib. Daha sonra o, bu hadisələrdə ABŞ-ın Çin və digər ölkələr üzərində üstünlüyünü təmin etməyi ən vacib hesab etdiyini vurğulayıb.
Yeganə





















