Fransada sabah yenidən iğtişaşlara və qarətlərə çevrilə biləcək etiraz aksiyalarının keçirilməsi gözlənilir.Aksiya səbəbindən Parisdə 24 metro stansiyası və böyük muzeylər, xüsusən də Luvr bağlı olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Sortir à Paris” məlumat yayıb.
Şəhərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Yürüşün başlanması yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 16:00) Bastiliya meydanında planlaşdırılıb, tələbələrin və həmkarlar ittifaqlarının iştirakı gözlənilir.
Fransanın Daxili İşlər Naziri Loran Nunyes bəyan edib: “Qanunsuz etirazlardan ehtiyat edərək, ictimai qaydanı qorumaq üçün sabah 70 min polis və təhlükəsizlik qüvvələrini cəlb edəcəyik. Biz sosial şəbəkələri izləyirik, orada radikal solçular tərəfindən dövlət müəssisələrinə hücumlarla bağlı çağırışlar var. Biz dinc etirazdan danışmırıq. Sabah qətiyyətlə hərəkət etməyə və ictimai qaydanın pozulmasına qarşı heç bir dözümlülük nümayiş etdirməməyə hazırıq”.
Məryəm





















