“Birləşmiş Ştatlar həqiqətən də Tehranla dialoqu bərpa etməyə sadiqdirsə, sanksiyaları ləğv etməli və İrana qarşı təhdidlərini dayandırmalıdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri İran prezidenti Məsud Pezeşkian deyib.
“Biz hələ də dialoqa hazırıq, lakin amerikalılar əvvəlcə təhdidlərini dayandırmalı və İrana qarşı sanksiyaları aradan qaldırmalıdırlar və yalnız bundan sonra dialoqa başlaya bilərik. Əgər ABŞ həqiqətən də danışıqlara və razılaşmaya can atırsa, o zaman onun hazırkı davranışı məntiqsizdir və onun öz bəyanatlarına tamamilə ziddir”, – deyə Pezeşkian vurğulayıb.
O əlavə edib ki, hazırda İran xalqı Birləşmiş Ştatlara güvənmir, onun hər an hərbi əməliyyatların bərpasını gözləyir və əgər Vaşinqton hələ də İranla danışıqlara can atırsa, o zaman öz səmimiliyini sübut etməlidir.
Yeganə





















