Yeni aviareys

🗓 12.02.2015 10:28 ✍️ "Elçi" qəzeti
Yeni aviareys
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nemətullo Hikmətullozoda bu ölkədə fəaliyyətdə olanimg1583395 Azərbaycan səfiri Abbasəli Həsənovla görüş keçirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Tacikistan iqtisadi inkişaf və ticarət nazirliyinin mətbuat mərkəzi xəbər yayıb.
Xəbərdə bildirilir ki, görüş zamanı tərəflər əsasən Tacikistan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq barədə söhbət ediblər.
Tərəflər eləcə də sərmayələrin cəlb olunması, kənd təsərrüfatı mallarının emalı, birbaşa Düşənbə-Bakı aviareysinin bərpa edilməsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş zamanı Ölkələrarası iqtisadi-ticari və elmi-mədəni komissiyanın növbəti iclasının keçirilməsi barədə də danışıqlar aparılıb.
 

Bənzər yazılar