Niiqata prefekturasında 1000-ə yaxın ev ardıcıl doqquzuncu gündür işıqsız qalır.
Elchi.az xəbər verir ki, ötən həftə Yaponiyanın şimal və qərbinə yağan güclü qar 17 nəfərin ölümünə, 110 nəfərin yaralanmasına səbəb olub. Bu barədə Fuji TV şirkətinin xəbər xidməti Milli İşlər Nazirliyinin yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.
Yaponiya dənizinin sahilləri boyunca şimal və qərbdə qar dekabrın 17-dən yağmağa başlayıb və dekabrın 26-da yalnız Yamaqata prefekturasında qar örtüyünün hündürlüyü 169 santimetrə çatıb. Fırtına elektrik enerjisinin kəsilməsinə səbəb olub. Belə ki, Niiqata prefekturasında ardıcıl doqquzuncu gündür ki, 1000-ə yaxın ev işıqsız qalıb.
Çox vaxt xəsarət və ya ölümlə nəticələnən qəzaların səbəbi evlərin yaxınlığında və ya şəxsi mülklərin damlarından qar təmizləmə işləri olub.
KP.RU saytının yazdığı kimi, cümə günü, dekabrın 23-də pis hava şəraitinin 8 qurbanı olduğu bildirilir. Mobil rabitə, elektrik enerjisi və dəmir yolu nəqliyyatında ləngimələr olub. Güclü qar yağan ərazilərdə yaşayan sakinlərdən əvvəlcədən su və ərzaqla təmin olunaraq, evlərini lüzumsuz tərk etməmələri xahiş olunub.
Şayəstə