“NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac duyurlar”.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte bildirib.
Rutte xüsusilə Qırmızı dəniz və Hörmüz boğazındakı vəziyyətlə bağlı fikirlərini bildirib. Bu iki mühüm su yolu Avropa iqtisadiyyatları üçün həlledici rol oynayır; lakin rəsmi şəxs Avropanın bu ərazilərə nəzarət etmək imkanları ilə bağlı şübhəsini ifadə edib.
Hərbi alyansın rəhbəri qeyd edib: “Hazırda avropalılar zəruri imkanlara malik deyillər, buna görə də ABŞ-ın rəhbərliyi vacib olaraq qalır”.
Avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Hörmüz boğazını “Şrödinger pişiyi”nə bənzədib. O, bu marşrutun eyni vaxtda həm açıq, həm də bağlı olduğunu qeyd edib.
Yeganə





















