"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Musavat.com-un suallarını cavablandırıb.

Bunu da oxuyun

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Söhbətimizin məzmunu Cənubi Qafqaz, Ukrayna böhranı və digər aktual mövzulardır.

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Azərbaycan nümayəndə heyətinin geniş tərkibdə iştirak etdiyi BMT-nin Baş Assambleyasında Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılmasını səbirsizliklə gözlədiklərini söylədi. Eyni zamanda o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü, yenə də ənənəvi sülh mesajları səsləndi. Amma Ermənistanın ictimai rəyi, həmçinin bir sıra hallarda hakimiyyətin mövqeyi sülh bəyanatlarına adekvat sayıla bilməz. Bu səbəbdən “Sülh platforması” çərçivəsində İrəvanda planlaşdırılan görüş təxriə salındı. Paşinyan konstitusiyanın dəyişdirilməsi ilə bağlı addım atmadığı halda, ərazilərinə iddia etdiyi Türkiyə ilə sərhədlərin açılmasını gözləyir. Bu vəziyyət nə vəd edir? Belə bir situasiyada irəli addım atmaq mümkün olacaqmı?

– Vaxtilə onun azsaylı tərəfdarlarını Serj Sərkisyan çox asanlıqla küçədən yığışdıra bilərdi, amma o vaxt ruslar buna imkan vermədilər, Paşinyan hakimiyyətə gəldi. Xalq gördü ki, Rusiya Sərkisyanı devirmək istəyir, cəsarətləndi, küçəyə çıxdı, onu devirdi. Ona görə də Paşinyan Rusiyanın iradəsindən və istəyindən kənar heç bir addım atmayacaq. Yenə də deyirəm, Vaşinqton bəyanatının imzalanması da Rusiyanın icazəsi ilə baş verdi. Putin istəyirdi ki, Tramp Nobel Mükafatı alsın və onun mövqeyi Amerika Birləşmiş Ştatlarında güclənsin. İndi də görürsünüz, Tramp da Rusiyanı Amerikanın sanksiyalarından qorumaq üçün bacardığını edir, Ukraynaya silah satışına maksimum dərəcədə əngəl olmağa çalışır, “Patriot” raketlərinin istehsalı ilə bağlı lisenziya vermir.

Yəni bacardığı səviyyədə Tramp Rusiyaya dəstək olur. TRIPP layihəsi də o zaman icra olunacaq ki, Rusiya ilə Amerika öz aralarında razılaşacaqlar və Kreml buna “yaşıl işıq” yandıracaq. Yəni Rusiyanın xeyir-duası olmadan nə TRIPP layihəsi gerçəkləşəcək, nə də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Hətta müsahibələrimin birində demişdim: tutaq ki, Azərbaycan Konstitusiya dəyişikliyi tələbindən geri çəkilir, Ermənistana deyir ki, “yaxşı, gəl, sülh sazişi imzalayaq. Demirsən ki, biz hər zaman sülh sazişini imzalamağa hazırıq…” O zaman görək nə baş verəcək. Məncə, Azərbaycan da o tələblərdən geri çəkilmir ki, o zaman Ermənistanda heç bizim də maraqlarımıza cavab verməyən proseslər başlaya bilər. Ona görə də burada regional güc kimi Rusiyanı razı salmağa çalışmaq lazımdır. Vaxtilə deyirdim ki, Qarabağ azad etmək üçün Rusiya ilə danışmalıyıq. İndi də mütəmadi deyirəm ki, sülh sazişinin imzalanmasına icazə verməsi üçün Rusiya ilə anlaşmalıyıq. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəsəydi, elə üçtərəfli bəyanata görə o yola nəzarəti də o həyata keçirməli idi, Kreml bunu edərdi. Rusiya istəsəydi, elə 2020-ci ildə atəşkəsdən qısa bir müddət sonra həm də sülh sazişi imzalanardı. Rusiya, çox təəssüf ki, hələlik “nə hərb, nə sülh” vəziyyətinin qorunub saxlanılmasında maraqlıdır və hesab edir ki, bu münaqişə qaldıqca hər iki tərəfə təzyiq imkanları qalır. Ona görə Azərbaycan Rusiya ilə danışmalıdır.

– Rusiyanın burada əsas istəyi nədir, Ermənistanı, yaxud da Azərbaycanı nəyə vadar etmək istəyir?

– Heç nəyə vadar etmək istəmir. Sadəcə, vəziyyəti bu formada öz nəzarətində saxlayır ki, hər iki ölkəyə, təzyiq imkanı olsun.

– Qafqazı təsir orbitində saxlamaq üçün?

– Bilirsiniz, münaqişə davam etdikcə, birincisi, bu, o deməkdir ki, hər iki ölkəyə Qərbin investisiya qoyuluşu böyük olmayacaq. Fikirləşirlər ki, o halda Qərb burada güclənməyəcək, möhkəmlənməyəcək və bu bir reallıqdır. Ona görə hər zaman hökuməti çağırıram ki, biz hər necə olsa, Rusiya ilə razılaşıb sülh sazişini imzalamalıyıq ki, Qərb investorları Azərbaycana gəlsin, investisiya qoysun, yeni iş yerləri açılsın, iqtisadiyyatımız böyüsün, ölkənin qarşısında duran problemləri həll edək, çağırışlara cavab verə bilək, insanların sosial rifahı yaxşılaşsın.

– Paşinyan Rusiyaya dəvət alıb və bu ərəfədə Rusiya ilə bağlı növbəti dəfə yumşaq bir açıqlama verdi. Bu səfərdən öncə Türkiyə Prezidenti ilə görüşdü. Həm Türkiyə, həm də Rusiya güc mərkəzidir və bölgəmizlə bağlı bəlli maraqları olan ölkələrdir. Sülh prosesi ilə bağlı bu iki güc mərkəzi arasında anlaşma ola bilərmi?

– Düşünmürəm ki, biz Paşinyanı inandıra bilmirik, amma Türkiyə Paşinyanı inandıra bilər. Türkiyə sadəcə Rusiyanı sülhün imzalanmasına razı sala bilsə, o zaman vəziyyət dəyişə bilər. Gərək Tramp da, Ərdoğan da Putinlə danışa. Həm də o yolun çəkilməsində İran maraqlı deyil və İranla da Rusiya müttəfiqdir. Rusiya həm də TRIPP layihəsinin açılmasında məsələsində İranın mövqeyini nəzərə alır. Ona görə də sülh sazişini region dövlətlərinin iştirakı ilə imzalamağa çalışmalıyıq. İkinci Qars Müqaviləsinə oxşar bir müqavilə Türkiyə, Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə imzalansın. O zaman sülh daha təminatlı, daha dayanıqlı olar. Qarantor dövlətlər olar. Məsələn, Türkiyə ilə Rusiya…

– Amma razılaşmanın özülü Vaşinqtonda qoyulub…

– Nə olsun? Vaşinqtona qədər Moskva Bəyannaməmiz var idi də, üçtərəfli, 10 noyabr 2023-ci ilə razılaşması var idi. Amma hansısa mərhələdə ondan imtina olundu, yeni bir Vaşinqton Bəyannaməsi imzalandı. İndi Vaşinqton Bəyannaməsi kənara qoyulub, istənilən vaxt yenidən o üçtərəfli sazişə qayıtmaq, Rusiya ilə həmin yolun da çəkilişinə başlamaq olar, yolu da açmaq olar. Bizim üçün fərqi yoxdur – Putin yolu olsun, Tramp yolu olsun. Əsas odur ki, bu yol açılsın, biz Türkiyə və Naxçıvana sərbəst gediş-gəlişi təmin edək. Bizim üçün önəmli olan odur. Bizim üçün nə fərqi var ki, o yola Amerika nəzarət elədi, ya Rusiya nəzarət elədi?

– Sözsüz. Sadəcə, həmin layihənin üstündən xətt çəkilmiş olur o halda.

– Əlbəttə.

– Bəs ABŞ ilə anlaşma şəraitində Rusiyanın pay sahibi olaraq prosesə qoşulması mümkündürmü?

– Rusiya ilə Amerika Birləşmiş Ştatları anlaşa bilər. Türkiyə Ermənistanla öz yolunu niyə açmır? Həm Azərbaycanın mövqeyini nəzərə alırlar, həm də Rusiyanın və İranın. Bilirsiniz, necə ki, 44 günlük savaşdan öncə region dövlətləri ilə ortaq bir mövqe var idi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İndi də bir ortaq mövqe olmalıdır ki, bax, bu bölgədə Ermənistan – Azərbaycan sülh sazişi imzalanır, bütün kommunikasiya xətləri açılır və əməkdaşlıq başlayır. Bax, belə bir ümumi anlaşma olmalıdır. Türkiyə Ermənistana yolun açılmasına tələsmir. Rusiya Azərbaycan üzərindən Ermənistan üçün həyat yolunu açıb. O gün də sizin məqalənizdə oxudum… Bunu bütün ekspertlər qeyd edirlər: Rusiya Ermənistana bir sıra strateji məhsulları satır: taxıl, gübrə, meşə materialları… Neft məhsullarını da Azərbaycan satır. Rusiyaya Ermənistanın pomidor-xiyarının buraxılmaması siyasətdən uzaq insanlar üçündür ki, guya Ermənistanla Rusiya arasında hansısa gərginlik var. Gərginlik varsa bu, strateji məhsulları vermə də! Əksinə, dəmir yolu xətti açılıb. Azərbaycanla Ermənistan artıq ticarət qurub, hələ dəmir yolu xəttinin açılmasından başqa. Biz onlara yanacaq satırıq, onlar da bizə nəsə satırlar. Paşinyan deyir ki, mən demirəm, qoy Azərbaycan tərəfinin özü desin. Artıq aliminium falqa satdıqları açıqlandı… Ona görə region dövlətləri öz aralarında bu problem çözməlidirlər. İndi Trampla Si Cinpinin də görüşü oldu. Çin Prezidenti Amerikaya üç günlük səfər edib. Tramp gedib onu aeroportda qarşıladı. 1962-ci ildən bəri ilk dəfədir ki, Amerika Prezidenti protokola zidd olaraq gedib hərbi aerodromda başqa ölkənin prezidentini qəbul etdi. Bu da Çinin artan nüfuzunun göstəricisidir və Amerikanın artıq onunla supergüc kimi hesablaşmasının nümayişidir. “Soyuq müharibə” illəri dövründə SSRİ ilə Amerika bir çox beynəlxalq məsələlərdə oturub danışırdılar, razılaşırdılar. Ona görə də böyük müharibələr olmurdu. İndi Amerika oturub Çinlə danışmalıdır. ABŞ Çinlə anlaşsa, Ukraynada da müharibə bitəcək, İranla da müharibə olmayacaq və dünyada böyük müharibələrin qarşısı alınacaq.

– Həm də Zəngəzur dəhlizi ilə bağlı danışmaları xeyrimizədir…

– O zaman TRIPP layihəsini də reallaşdırmaq, Ukrayna müharibəsini də bitirmək mümkün olacaq, Hörmüz boğazı da açılacaq. Tramp bu dəfə ona xüsusi ehtiram nümayiş etdirməklə, ola bilsin ki, bəzi şeyləri danışmaq istəyir. Amma gərək ABŞ Çinin Tayvanın üzərində dövlət suverenliyinin bərpasına mane olmasın. ABŞ-nin bununla razılaşması çətin görünür. Gözləyək görək bu üçgünlük danışıqların nəticəsi nə olacaq. Əks halda, Tramp Putinlə nə qədər danışır-danışsın, lap yalvarsın, heç bir xeyri yoxdur. Ta ki, Çinlə Amerika anlaşmayana qədər Ukrayna ilə Rusiya arasında müharibə bitməyəcək.

– Qüdrət bəy, BMT tribunasından İran Prezidenti Məsud Pezeşkianın çox qətiyyətli mövqeyi də diqqət çəkdi… Tramp da ondan öncə çıxış eləmişdi, amma Pezeşkian əzələ nümayiş etdirdi. Bundan sonra İran ətrafında nə gözlənilir?

– Bilirsiniz, Amerikanın iqtisadi və hərbi gücü ilə İranın iqtisadi və hərbi gücü müqayisəolunmazdır. Ona görə həmişə deyirəm ki, İran bunu nəzərə almalıdır və böyük qarşıdurmadan yayınmalıdır. Məsələn, sabah ABŞ İranın o strateji infrastrukturunu, məsələn, elektrik stansiyalarını, avtomagistrallarını, dəmiryollarını, neft sənaye müəssisələrini, neftayırma zavodlarını dağıtsa, İran bunun qarşılığında nə edəcək? Bax, bunu bilmək istəyirəm. İran, tutaq ki, İsrailə bomba ata bilər, amma Amerikaya ki bomba ata bilmir. Pezeşkian çox ağıllı adamdır, mədəni insandır, bir sözlə, ziyalıdır. Yəni bu, SEPAH generalı deyil də. Hakimiyyətə gələndən sonra ona düşündüklərini həyata keçirməyə imkan verilsəydi, etimad göstərilsəydi… Xatırlayırsınız, o dedi ki, ABŞ ilə anlaşmağın tərəfdarıyam, amma dini liderin mövqeyini nəzərə alıram və biz onun siyasətini həyata keçirəcəyik. Yəni onun mövqeyi əvvəldən o idi ki, Amerika ilə anlaşmaq lazımdır. Yəni ona etimad göstərilsəydi, bəlkə də heç fevraldakı o bombardmanlar olmayacaqdı, müharibə baş verməyəcəkdi…

– Bəs, bundan sonra?

– Bundan sonra… Mən sizə sadaladım. Məsələn, neftayırma zavodlarını, elektrik stansiyalarını, dəmir yollarını vura bilərlər, ölkənin blokadası davam etdiriləcək. İran neft satmasa yaşaya bilməz. Əlbəttə, İran da, dediyim kimi, region dövlətlərinə müəyyən raketlərlə zərbələr vura bilər, dağıntılar ola bilər. Amma bu İranın özü üçün nəyi dəyişir ki? Tutaq ki, siz də region dövlətlərini dağıtdınız, amma İran özü nə vəziyyətdə olacaq? Önəmli olan odur. İranda 85 milyon insan var. Bax, o böyük şəhərlərdə elektrik enerjisi olmadan, yanacaq olmadan həyat necə davam edəcək, insanlar necə yaşayacaq? İranın raket hücumundan müdafiə sistemləri Amerika raketlərinin qarşısını ala bilərmi? Elə bundan əvvəlki müharibə də bunu göstərdi… Nə də ABŞ təyyarələrinin qarşısını ala bilmir. Yəni onlar rahatlıqla o aviadaşıyan gəmilərdən qalxırlar, bombalayıb qayıdırlar. Əlbəttə, hər bir dövlətin qüruru var və onun dövlət başçıları onu qorumalıdır. Amma o biri tərəfdən də dövlətlər reallıq hissini itirməməlidirlər…

Previous Post

MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO

Next Post

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Bənzər yazılar

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra "möhtəşəm nəticələr" gözləyir

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

05 Oktyabr 2026 - 17:26
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

05 Oktyabr 2026 - 17:10
Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59
Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

05 Oktyabr 2026 - 16:46
Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

05 Oktyabr 2026 - 16:38
“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

05 Oktyabr 2026 - 16:25
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

05 Oktyabr 2026 - 16:14
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

05 Oktyabr 2026 - 16:03
Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

05 Oktyabr 2026 - 14:48
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.