"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
in MANŞET
FacebookVatsap

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq tarixə yazıldı.

Bunu da oxuyun

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultayda tarixi çıxışı zamanı vurğuladığı kimi, növbəti qurultay ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir, YAP-ın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır.

YAP-ın VIII Qurultayının əvvəlkilərdən fərqi isə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilməsidir. VII Qurultaydan ötən dövr ərzində Azərbaycan bölgədə yeni reallıqlar yaradıb, Zəfərin simvolları olan 8 Noyabr və 20 Sentyabr tarixlərinə imza atmaqla ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda büsbütün yeni siyasi mühit formalaşdırıb.

Bütün bu uğurların və reallıqların təməlində isə YAP-ın təsis edilməsindən və iqtidara gəlməsindən sonra həyata keçirilən müdrik siyasi-iqtisadi kurs dayanır. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın uğurlarının başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayına bağlıdır. O dövrdə cəmiyyətimizin cəsarətli və mütərəqqi insanlar, dövlətin və xalqın taleyini düşünən şəxslər Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş qurultayda Yeni Azərbaycan Partiyasını təsis etdilər və bu, tarixi hadisə Azərbaycanın gələcək qələbələrinə yol açdı.

Sözsüz ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, ölkəmizin başına açılan oyunlara, o cümlədən Qarabağda separatizm meylilərin baş qaldırmasına, torpaqlarımızınişğal olunmasına heç zaman imkan verməzdi. AXC-Müsavat cütlüyünün miras qoyduğu ağır fəlakətlərin yaşandığı, çətin və sınaqlarla dolu olan bir dövrdə dövlətimizi yalnız Heydər Əliyev kimi qətiyyətli, cəsarətli və dahi şəxsiyyət qura bilərdi.

Azərbaycan xalqının öz nicat yolunu ancaq Heydər Əliyevə bağlayaraq müdriklik göstərməsi və 1993-cü ilin oktyabrındaonu Azərbaycanın Prezidenti seçməsi ilə müstəqil dövlətimizin işıqlı yolu başlandı. Ulu Öndər səkkiz milyon əhalisinin bir milyonu qaçqın-köçkün olan ölkəni tamamilə yenidən inşa etdi, dövlətçiliyin möhkəm əsaslarını yaratdı, sarsılmaz inkişafın modelini qurdu. Bu nailiyyətləri isə YAP-ın gücünə, xalq arasında olan dərin inama və milli həmrəyliyə arxalanaraq əldə etdi.

Ümummilli Liderin mükəmməl idarəçiliyi sayəsində 1993–2003-cü illər ərzində Azərbaycan beynəlxalq təcriddən çıxdı, mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatlar ölkəmizin xeyrinə mühüm qətnamələr və qərarlarqəbul etdilər. Xarici dövlətlərlə iqtisadi münasibətlərin qurulması və çoxşaxəli islahatların həyata keçirilməsi, xarici sərmayədarların ölkəmizə cəlb olunması, “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırmasında əsaslı rol oynadı.

YAP iqtidarının 10 ildə qazandığı nailiyyətlər 2003-cü ildən sonra yeni mərhələyə daxil oldu, Ulu Öndərin siyasi xətti strateji kurs kimi qalmaqla, Prezident İlham Əliyevtərəfindən Azərbaycanın inkişafında inanılmaz uğurları qazandırdı. Qarşıya qoyulan bütün məqsədlərə nail olundu, ən ali vəzifə olan ərazi bütövlüyü və dövlət suverenliyi bərpa edildi. Bunlar isə xalqın etimadını qazanmış iqtidarın şərəfli missiyasını yerinə yetirmək qüdrətini nümayiş etdirir.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir, beynəlxalq aləmin çox dəyərli üzvüdür. Şanlı qələbədən sonra Ermənistanla ABŞ-də möhürlənmiş sülh sənədi dövlətimizin dünyadakı aparıcı mövqeyini bir daha qətiləşdirdi. Sülh sazişinin paraflanması ilə bərabər, regionun ən güclü ordusunu yaratmış Azərbaycan, eyni zamanda, öz hərbi qüdrətini daha da möhkəmləndirir. Bu isə bir neçə səbəblə bağlıdır:

– Zəfərin qazanılmasına baxmayaraq, ermənilərin tarixən saxtakarlığını, riyakarlığını, ölkəmizə və xalqımıza qarşı nankorluğunu heç zaman unutmaq olmaz;

 – İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalmasıdır.

Sərhədlərimizin demək olar ki, bütün perimetri boyu yeni müharibə, münaqişə ocaqları yaranır. Müharibələrin dayandırılması üçün isə heç bir beynəlxalq mexanizm yoxdur. Ona görə də, Azərbaycan istənilən hərbi təxribata cavab vermək üçün hazırlıqlı olmalıdır. Bu nöqteyi-nəzərdən hərbi sahəyə diqqət daim artırılır, 2027-ci ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması da yuxarıda sadalanan məqsədlərə xidmət edir.

Bu gün dünya xəritəsinə diqqət yetirdikdə, Azərbaycanqədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox ölkə görmək mümkün deyil. Çünki möhtərəm Prezidentimizin sarsılmaz iradəsi sayəsində ölkəmizsabitliyin ünvanıdır, ölkə daxilində fiziki, ideoloji risklər mövcud deyil, bütün risklər hüdudlarımızın kənarında formalaşır. Şübhəsiz ki, dövlətimiz daha da gücləndikcə, daha fəal və milli maraqlara dayan siyasət apardıqca, ona qarşı təzyiqlər də artır. Ancaq bu təzyiqlər də daim neytrallaşdırılır, heç bir zərbə cavabsız qalmır.

Müasir dünyada ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəm daşıyır. İdeoloji risklərin sərhəd tanımadığı, internetin, süni intellektin geniş vüsət aldığı mühitdə ideoloji təxribatlara qarşı daha güclü hazırlıq və dayanıqlıq tələb olunur. Bu işdə dövlətin texnoloji imkanları ilə yanaşı, xalqımızın, xüsusilə də, YAP fəallarının üzərinə də mühüm vəzifə düşür.

Ölkənin iqtidar partiyası olan YAP bəzi ölkələrdən fərqli olaraq tarixi təhrif edərək öz siyasi qüdrətini və rolunu heç vaxt şişirtmir, çünki hər şey xalqın gözü qarşısında baş verirvə buna xalq tərəfindən qiymət verilir.

Azərbaycan hazırda çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Bu gün ölkəmiz qədər çoxşaxəlibeynəlxalq əlaqələr quran və bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə tapmaq çox çətindir. Bu nadir təcrübə başqa ölkələr üçün də örnək sayıla bilər. Bunun nəticəsidir ki, bir-biri ilə düşmənçilik edən ölkələrin yüksək vəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər, problemlərini Bakıda çözməyə çalışırlar. Çünki Azərbaycan etibarlı tərəfdaşdır, heç bir düşərgəyə qoşulmur, əksinə başqa qütblərdə, düşərgələrdə olanları bir yerdə toplamağı mükəmməlcəsinətəşkil edir.

Bunun ən yaxşı nümunəsi BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatına sədrlik çərçivəsində qitələri birləşdirən həmrəylik və etimad modelinin yaradılmasıdır. Həmçinin ötən ilin noyabrında Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilən Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirməklə yeni siyasi-iqtisadi kommunikasiya qurdu. Yaxud, 30 ildir ki, fəaliyyət göstərən “D-8” təşkilatına üzvseçilməklə Azərbaycan heç bir müsəlman ölkəsinin bacarmadığını gerçəkləşdirən siyasi örnək formalaşdırdı.

Ölkəmiz uzun illərdir ki, İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqələr quraraq İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir, birləşdirici rol oynayır. Habelə Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq sazişlərini mübadilə edən dövlətimiz, dünyanın supergücləriolan ÇXR və ABŞ ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamaqla, siyasi münasibətlər sistemində hansı etibar və etimada malik olduğunu təsdiqləyir.

Azərbaycan nadir ölkələrdən biri kimi dünya miqyasında bütün növ enerji resurslarını istehsal və ixracında da nümunə yaradır, bir sıra ölkələrin təchizatında rol oynayır, onların enerji təhlükəsizliyinə layiqli töhfə verir, imzaladığı sazişlərə sadiqlik nümayiş etdirir. Bu, Azərbaycanın sözünün imzası qədər dəyərini, sözü ilə əməlinin bir olduğunu təsdiqləyir.

Bu, həm də tərəfdaşlarına qarşı dürüstlüyün və şəffaflığın ali göstəricisidir. Azərbaycan heç vaxt ikibaşlı oyun oynamır, hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərmir. Halbuki özü dəfələrlə belə münasibətlərlə üzləşib və belə hallarla bu gün də rastlaşır. Ancaq heç vaxt onlar kimi ola bilmir, çünki Azərbaycan dövləti və xalqı ləyaqətlidir və özünə hörmət edir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı güclü dövlətin siyasi qüdrətini, möhkəm daxili sabitliyini, hərbi, iqtisadi və ideoloji resurslarının dayanıqlılığını, müasir beynəlxalq münasibətlər sistemində aparıcı yerini və nüfuzunu, qlobal proseslərdə təşəbbüskarlığını təqdim edən mühüm hadisə kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Qurultayda çıxışı və tövsiyələri yeni siyasi gündəliyə uyğun fəaliyyətin başlıca istiqamətlərini müəyyən etdi. Əsas tövsiyələrdən biri yeni tarixi gerçəkliklər şəraitində partiya fəallarının və bütün üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının və ideoloji işdə aktivliyinin təminatından ibarətdir.

Ramid Namazov

Milli Məclisin deputatı

Previous Post

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Next Post

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

Bənzər yazılar

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53
“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

07 Oktyabr 2026 - 15:30
BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16
Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08
Polşa müharibəyə hazırlaşmağa başladı

Polşa müharibəyə hazırlaşmağa başladı

07 Oktyabr 2026 - 15:00
Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

07 Oktyabr 2026 - 14:52
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

07 Oktyabr 2026 - 14:43
Prokurorluğa qəbul imtahanı keçiriləcək

Prokurorluğa qəbul imtahanı keçiriləcək

07 Oktyabr 2026 - 14:30
Strateji indikatorlar – MÖVQE

Strateji indikatorlar – MÖVQE

07 Oktyabr 2026 - 14:20
Artezian quyularının elektrik xərci azalacaq

Artezian quyularının elektrik xərci azalacaq

07 Oktyabr 2026 - 14:14
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

07 Oktyabr 2026 - 14:07
Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

07 Oktyabr 2026 - 14:00
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

07 Oktyabr 2026 - 13:51
Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.