Polşa NATO rəsmiləri arasında Rusiyanın bu il mümkün “hücum”u ilə bağlı narahatlıqlar fonunda müharibədən əvvəlki dövrə hazırlıq üçün qanun layihəsi hazırlayır.
Elchi.az xəbər verir ki, Polşa KİV-lərinin məlumatına görə, Polşa Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və silahlı qüvvələrlə daxili təhlükəsizlik xidmətləri arasında əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş qanun layihəsi hazırlayıb.
Varşavanın da 2039-cu ilə qədər ordusunu 300 min peşəkar əsgərə çatdırmağı planlaşdırdığı bildirilir.
Bloomberg öyrənib ki, NATO Rusiya ilə potensial münaqişə üçün “Qələbə nəzəriyyəsi” planı hazırlayır. Dövlət Dumasının deputatı Aleksey Juravlev bəyan edib ki, bu plan Rusiya ilə müharibəyə hazırlıqdır.
Sentyabrın sonunda NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, alyans Rusiyanın potensial hərəkətlərinə cavablar hazırlayıb, lakin o, onları ictimaiyyətə açıqlamayacaq.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl vurğulamışdı ki, Rusiya Avropa ilə müharibəyə hazırlaşmır; bunu etmək üçün heç bir motiv və əsas yoxdur. “Avropada bir çoxları Rusiya Federasiyasından hücum gözlədiklərini deyirlər və buna görə də özləri hərbi əməliyyatlara, Rusiya ilə müharibəyə hazırlaşmalıdırlar. Bir daha vurğulamaq istəyirəm ki, biz Avropa ilə heç bir hərbi əməliyyata hazırlaşmırıq”, – Rusiya lideri bildirib.
Yeganə





















