Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Qara dənizdə mülki gəmilərə hücumları qəbuledilməz adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ticarət gəmiləri və günahsız ekipajlar hədəfə alınır”,-deyə AK sədri qeyd edib.
Leyenin sözlərinə görə, Avropada Qara dənizdəki hücumlarla bağlı narahatlıq artır
Oktyabrın 6-da Soçi yaxınlığında Novorossiyskdən Hindistana xam neft daşıyan Liberiya bayraqlı tankerdə böyük yanğın baş verib. Rusiya Nəqliyyat Nazirliyi Aframax Rio tankerinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerlərinin hücumuna məruz qaldığını bəyan edib. 23 Hindistan vətəndaşından ibarət ekipaj xilas edilib.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, o, yalnız Ukrayna Silahlı Qüvvələri üçün silah, hərbi texnika və təchizat daşıyan gəmiləri məhv edir. Son bir həftə ərzində Rusiya ordusu Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıyan 17 yük daşıyıcısını məhv edib.
Yeganə





















