Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli şirkət və şəxslərə qarşı 22-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Səfirlər 1500-dən çox şirkət və fiziki şəxsi “qara siyahı”ya salmağa razılaşıblar”, – agentliyin mənbəsi bildirib.
Yeni sanksiyaların Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənəcəyi və həftənin sonuna kimi qüvvəyə minəcəyi gözlənilir.
Sentyabrın 11-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Qərb öz milli maraqlarını müdafiə edən ölkələrə qarşı qeyri-qanuni məhdudiyyətlər tətbiq edir və ikinci dərəcəli sanksiyalarla hədələyir. O, həmçinin qeyd edib ki, Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib ki, bu da bütün digər ölkələrə qarşı qoyulan məhdudiyyətlərin cəmindən iki dəfə çoxdur.
Yeganə





















