Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib.
Elchi.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 4 avtomobili qəsdən yandırmaqda təqsirləndirilən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.





















