ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşü müsbət qiymətləndirib və gələcəkdə bunun əla nəticələr verəcəyini gözlədiyini bildirib.
Elchi.az xəbər verir ki, o, bu barədə “Truth Social” şəbəkəsində paylaşım edib.
“Prezident Si Cinpinlə həm ABŞ, həm də Çin üçün çox məhsuldar görüşümüz oldu. Möhtəşəm hadisələr gözləyin”, – deyə Amerika lideri yazıb.
ABŞ Prezidenti ehtimal edib ki, Çin Prezidenti də onun kimi süni intellekti (Sİ) “superintellekt” adlandırmağa üstünlük verir.
Tramp və Si Cinpin arasındakı danışıqların əsas hissəsi cümə axşamı baş tutub. Hər iki tərəf hələlik görüşün yekunları barədə ətraflı məlumat dərc etməyib.
Məryəm





















