Qeyd olunur ki, London, Varşava və Baltikyanı ölkələr Kiyevə silah tədarükünü “görünməmiş” artırmağa söz veriblər.
Elchi.az xəbər verir ki, Moskvaya qarşı mübarizədə Kiyevə hərbi yardımın gücləndirilməsinin vacibliyini bəyan edən Şimali Atlantika Alyansı ölkələri İkinci Dünya Müharibəsini təkrarlamaq istəyirlər. Bu fikri köşə yazarı Andre Deymon World Socialist Web Site (WSWS) üçün yazdığı məqalədə qeyd edib.
Materialda qeyd olunur ki, London, Varşava, eləcə də Baltikyanı ölkələr NATO-nun Ramşteyn sammiti ərəfəsində Kiyevə silah tədarükünü “görünməmiş” artırmağa söz veriblər. Ukraynanın hərbi ehtiyaclarını müzakirə etmək, o cümlədən Ukrayna tərəfinə döyüş tankları verilməsi barədə qərar qəbul etmək.
Məqalə müəllifi iddia edir ki, Qərb ölkələri Ukraynaya silah tədarük etməyə çağırır və bu, onlara Rusiyanın logistika və komanda mərkəzlərini hədəfə almağa imkan verəcək. Məqalədə deyilir: “Bəyanatda təsvir olunan hərbi əməliyyat İkinci Dünya Müharibəsini xatırladan kütləvi birləşmiş silahlı hücum olacaq”.
Xatırladaq ki, ötən çərşənbə günü, yanvarın 18-də NATO-nun baş katibi Yens Stoltenberq hazırkı anı Ukrayna münaqişəsində əsas məqam adlandıraraq, bu baxımdan Kiyevin hərbi dəstək də daxil olmaqla dəstəyin “əhəmiyyətli artırılmasına” ehtiyacı olduğunu bildirib.
Şayəstə