Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəmənin Taiz vilayətinin bir neçə rayonunu bombardman etməsi nəticəsində üç yeniyetmə öldürülüb.
Elchi.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (hüsilər) hərəkatına yaxın olan “Saba” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “Səudiyyə qüvvələrinin Əl-Vaziya rayonunun Ət-Tarira kəndinə endirdiyi hava zərbələri və atəş nəticəsində üç yeniyetmə həlak olub, bir neçə dinc sakin yaralanıb”. Bombardmanlar zamanı yaşayış evlərinin dağıldığı və zədələndiyi bildirilir.
Həmçinin qeyd olunur ki, eyni vilayətin Xadir dairəsində rabitə qülləsinə endirilən hava zərbəsi nəticəsində bir neçə mülki şəxs xəsarət alıb.
Məryəm





















