Elchi.az xəbər verir ki, Almaniya Bundestaqının keçmiş deputatı, Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının üzvü Valdemar Gerdt hesab edir ki, Ukrayna öz ilkin sərhədləri daxilində qalmayacaq.
– Ukraynanın taleyi, məncə, artıq möhürlənib. Bütün dünya ölkəni bərpa etməli olacaq və çox güman ki, onu da bütün dünya birliyi parçalayacaq”, – deyə o, RİA Novosti-yə müsahibəsində fikirlərini bölüşüb.
Siyasətçi onu da əlavə edib ki, Kiyev öz ölkəsinin ərazi bütövlüyünü qorumaq imkanını itirib.
– Türkiyə təklif edəndə danışıqlar masasına oturmaq şansı var idi, lakin Vaşinqton bunu qadağan etdi. İndi dondurulmuş münaqişə yalnız eskalasiyaya gətirib çıxaracaq, ona görə də onu sona qədər başa çatdırmaq lazımdır, Gerdt təklif edir.
Bundan əvvəl Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva bildirmişdi ki, Qərbi Ukraynada bu regionun Polşaya daxil olması və nəticədə Ukraynanın ərazi bölgüsü üçün hazırlıqlara başlanılıb.
Şayəstə