Baltikyanı bölgənin səmasında gərgin vəziyyət… Gecə saatlarında Litva hava məkanına daxil olan naməlum PUA NATO-nun qırıcı təyyarələri tərəfindən vurulub.
Elchi.az xəbər verir ki, Litva hava məkanını pozan naməlum pilotsuz uçuş aparatı (PUA) gecə ərzində bölgədə patrul xidməti həyata keçirən NATO qırıcıları tərəfindən vurulub.
Hadisə ilə bağlı sosial şəbəkələr vasitəsilə məlumat verən Litva Prezidenti Gitanas Nauseda bildirib ki, NATO-nun hava patrul təyyarələri təhlükəyə dərhal reaksiya verərək PUA-nı hava məkanında məhv edib. Hava məkanının pozulmasından sonra həyəcan vəziyyətinə keçən Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi məlumat verib ki, vurulmuş PUA-nın qalıqları üzərində araşdırmalar davam edir və aparatın hansı ölkəyə məxsus olduğu hələ müəyyən edilməyib.
Bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb və insidentlə bağlı hərtərəfli araşdırmaya başlanılıb.
Şayəstə





















