"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Vəfa Quluzadə son hadisələri və Soçi görüşünü sərh etdi: “İlham Əliyevi sındıra bilməyəcəklər…”

07 Avqust 2014 - 20:31
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

img1614880Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də və 9-da Soçidə görüşü gözlənilir. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə planlaşdırılan, sərhəd və qoşunların təmas xətti boyunca hər iki tərəfin itkiləri ilə nəticələnən atəşkəsdən sonrakı bu görüşdən nə gözləmək olar?
“Azadlıq” radiosu bu və digər suallarla xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə üz tutub.
– Soçidə keçiriləcək bu görüşdən nə gözləyirsiniz?
– Mənim ən böyük arzum odur ki, bu görüşdə heç bir şey baş verməsin. Axı Soçidəki görüş Azərbaycanı Gömrük İttifaqına sürükləməyə yönələn bir görüşdür…
– Niyə belə qənaətə gəlmisiniz?
– Birincisi, bu yaxınlarda Ermənistanda da bəyan etmişdilər ki, Azərbaycan qoşulmadan Ermənistanın Gömrük İttifaqında olması mənasızdır. İkincisi, Ukraynada istədiyinə nail olmayan Putin bu istəklərini Cənubi Qafqazda gerçəkləşdirməyə can atır. Azərbaycana ən böyük təzyiq rıçaqı da Qarabağ münaqişəsi və orada atəşkəsin pozulmasıdır. Son atəşkəs pozuntusunda 100 faiz Rusiyanın əli var. Buna mənim heç bir şübhəm yoxdur. Rusiya çalışırdı ki, Azərbaycan böyük itkilər versin və beləcə, Soçidə Azərbaycanı ələ almaq daha da asanlaşsın.
Rusiya istəyirdi ki, iki ölkə arasında irimiqyaslı müharibə başlasın və regionda böyük bir ölkənin rəhbəri kimi, Putin sülhün təminatçısı rolunda çıxış etsin. Bəziləri bəyan edir ki, Azərbaycan və Ermənistan Gömrük İttifaqına qoşulsa, Rusiya Ermənistanın, Qazaxıstan da Azərbaycanın qarantı olacaq və bir daha atəşkəs pozulmayacaq. Hər şey göz qabağındadır: Rusiya öz geosiyasi maraqları uğrunda döyüşə başlayıb. Krımın işğalı, Ukraynanın şərqindəki hadisələr də bu qəbildəndir.
– Sizcə, Putin Ukraynada əldə edə bilmədiyini indi Cənubi Qafqazda gerçəkləşdirəcək?
– Bir adam bütün dünyanın əleyhinə gedərək, stalinsayağı sovet metodlarından yararlanırsa, ondan hər şey gözləmək olar. Putin Qarabağ məsələsini həll etmək istəmir. Onun istəyi Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Bununla da Putin Qərbin bütün maraqlarını, regionda indi və gələcəkdə həyata keçiriləcək bütün layihələri öz nəzarətinə keçirmək istəyir. Yəni Azərbaycanı ələ almaqla Putin çox böyük strateji maraqları gerçəkləşdirə bilir.
– Belə çıxır ki, Soçidə Azərbaycanı «tovlayacaqlar»?
– İnanmıram ki, İlham Əliyevin arzusu olmadan onu nəyəsə məcbur etmək mümkündür. Əminəm ki, İlham Əliyev müqavimət göstərəcək, onu sındıra bilməyəcəklər. Mən buna əminəm. Azərbaycanın Gömrük İttifaqına qoşulması, ilk növbədə, elə İlham Əliyevin öz maraqlarının əleyhinədir. Çünki bu məsələni Azərbaycan ictimaiyyəti dəstəkləməyəcək.
– Sizcə, 3 prezidentdən hansı daha uduşlu vəziyyətdədir?
– Bu görüşə qalib kimi gedən Putindir. Çünki burda Ermənistanın heç bir üstünlüyü yoxdur. Son atəşkəs pozuntusunda onlar da xeyli itki veriblər və başa düşüblər ki, qarşılarında duran Azərbaycan ordusu güclü ordudur və müharibə olsa, böyük itkiyə uğrayacaqlar. Biz də istəmirik ki, Gömrük İttifaqına sürüklənək. Bu baxımdan, Soçi görüşündə qazanc əldə etmək istəyən tərəf Putindir.
– Siz deyirsiniz ki, atəşkəs pozuntusu Azərbaycan ordusunun güclü olduğunu göstərdi. Onda belə çıxır ki, bu görüşə İlham Əliyev də üstün mövqedə gedir…
– Fikrimcə, İlham Əliyevin Ağdama getməsi, orda əsgərlərlə görüşməsi olduqca müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Bu onu göstərdi ki, lazım olsa, döyüşə də gedəcək və istiqlaliyyətimizi əldən verməyəcəyik.
– Son atəşkəs pozuntusunda Azərbaycanla Ermənistan bir-birini suçlayır. Sizcə, onlar günahkardır, yoxsa üçüncü tərəf?
– Atəşkəs pozuntusunun günahı 100 faiz Rusiyanın üzərindədir. Mənim yadımdadır, İstanbul sammitində Heydər Əliyev Köçəryanla razılığa gəlmişdi və bu razılığı Vazgen Sərkisyanla Karen Dəmirçyan da dəstəkləmişdi. Sülh müqaviləsinin imzalanması gözlənilirdi. Tərəflər atəşkəsi pozmamaq razılığına da gəlmişdilər. Bir müddət belə də oldu. Ermənistan parlamentinin gülləbaranından sonra bu məsələ pozuldu. Hər iki tərəfi itkilərə uğradan atəşkəs pozuntusu indiyədək davam edir.
– Soçi görüşündən hər hansı sənəd imzalana bilər?
– Ümumi bəyannamə qəbul edilə bilər. Başqa bir şey gözləmirəm.
– Rusiya bu görüşü təşkil etməklə dünyaya hansı mesajı verir?
– Rusiya bununla Qərbə demək istəyir ki, təşəbbüsü sizə verməyəcəyəm. Axı son vaxtlar Qərb Parisə, Nyu-Yorka və ya Vaşinqtona çağırır, sülh danışıqlarını canlandırmaq istəyirdi. Putin bu təşəbbüslərin üstündən xətt çəkmək üçün tələsik Soçi görüşünə qərar verib.
– Demək, o məşhur deyimdəki kimi, “Qarabağın açarı Rusiyadadır”?
– Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil. Rusiya münaqişənin çözümünü tormozlamağa çalışır və bununla da tərəfləri özündən asılı saxlayır. O baxımdan “açar Rusiyadadır və biz gedib ona yalvarıb münaqişəni həll etməliyik” yanaşması tamamilə səhvdir.
– Sizcə, bu münaqişənin həllində «xalq diplomatiyası»ndan yararlanmaq uğur vəd edə bilər?
– Xalq diplomatiyasına heç inanmıram. Hesab edirəm ki, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Çünki bu milli və ya dini zəmində olan münaqişə deyil. Bu münaqişə Rusiyanın qurduğu tələdir. Burda xalqlar nə edə bilər? Yenə xatırladım, prezidentlər razılığa gəlirlər, ondan sonra Ermənistan parlamentində deputatlar güllələnir və  bununla da Qarabağ məsələsi yenə gündəmdən çıxır. Xalq burda neyləsin? Xalqlar çoxdan istəyirlər ki, sülh olsun, amma onların fəaliyyətindən heç bir şey asılı deyil.
– Azərbaycanın Ermənistanla birgə Gömrük İttifaqına qoşulması bu münaqişəni aradan qaldıra bilər?
– Bu da real məsələ deyil. Rusiya istəyir ki, Azərbaycan Gömrük İttifaqına girsin və bununla Azərbaycanın bütün açarları onun əlində olsun.
– Dediyinizdən belə çıxır ki, hələ çox “Soçi görüşləri” olacaq?
– Gərək olmasın. Bu baxımdan da hesab edirəm ki, Qərb Qarabağ məsələsi ilə bağlı Rusiya və Ermənistana təzyiq göstərməklə ortaya ciddi mövqe qoymalıdır.
– Amma Azərbaycanda tez-tez səslənən fikir odur ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi  bizə göstərmir.
– Fikrimcə, Rusiya Azərbaycana da (Ukraynadakı kimi ) hücum etsə, Qərbin sanksiyaları 1-ə 100 artacaq. Bunu Rusiya çox yaxşı bilir. Ona görə Putin elə vəziyyət yaratmaq istəyir ki, Azərbaycan Gömrük İttifaqına könüllü qoşulsun və bununla da bütün dünyaya göstərsin ki, Azərbaycanın özü bizimlə bir yerdə olmaq istəyib. Amma əminəm ki, İlham Əliyev buna getməyəcək…
Previous Post

Vəfa Quluzadə son hadisələri və Soçi görüşünü sərh etdi: “İlham Əliyevi sındıra bilməyəcəklər…”

Next Post

Prezident Ağdama 5,2 milyon ayırdı- Sərəncam

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post

Prezident Ağdama 5,2 milyon ayırdı- Sərəncam

Prezident Ağdama 5,2 milyon ayırdı- Sərəncam

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.