“Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Vaşinqton Moskva ilə iqtisadi münasibətlərin bərpasının aşkar faydalarına baxmayaraq, bu məsələni Ukraynadakı vəziyyətin nizamlanması ilə əlaqələndirməkdə davam edir.
“Başqa sözlə, əsas arqument ondan ibarətdir ki, əvvəlcə razılaşma əldə olunmalı, daha sonra layihənin icrasına keçilməlidir. Biz isə hesab edirik ki, gözləməyə ehtiyac yoxdur; elə indi öz maraqlarımız naminə hərəkət edə bilərik”, – deyə Peskov vurğulayıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Ukrayna münaqişənin həlli ilə bağlı danışıqların bərpasına mane olur. O qeyd edib ki, Kiyev sülh istədiyini və dialoqa hazır olduğunu bəyan etsə də, eyni zamanda danışıqları qeyri-mümkün etmək üçün əlindən gələni edir.
Yeganə




















