Niderland İraqda “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı “Inherent Resolve” (“Sarsılmaz qətiyyət”) beynəlxalq əməliyyatında iştirakını başa çatdırıb.
Elchi.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius məlumat verib.
“İraqdakı “Inherent Resolve” əməliyyatı başa çatdı. Son 12 il ərzində 6,3 minidən çox niderlandlı hərbçi beynəlxalq tərəfdaşlarla birlikdə, əksər hallarda çətin şəraitdə, İŞİD terrorçularının İraqdan çıxarılmasında iştirak edib”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Müdafiə İdarəsinin bəyanatında dəqiqləşdirilir ki, ölkə bu əməliyyata 2014-cü ilin oktyabrında qoşulub. ABŞ-nin rəhbərliyi altında İraqda keçirilən antiterror əməliyyatı dayandırılıb, lakin missiya Suriyada fəaliyyətini davam etdirir. Niderland, həmçinin İraq təhlükəsizlik qüvvələrinin təlimi və məsləhət verilməsi üzrə NATO-nun ayrı-ayrı missiyasında iştirakını sürdürür.
Məryəm





















