Axtarış-xilasetmə qrupları sentyabrın 27-də Himalay dağlarının Himlung Himal zirvəsi (7 126 m) rayonundakı bazaya (4 900 m) qar uçqununun düşməsi nəticəsində həlak olan daha dörd nəfərin meyitini tapıblar.
Elchi.az xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Əvvəllər 11 nəfərin meyiti tapılmışdı. Ümumi qurbanların sayı 15-ə çatıb, bir nəfər isə itkin düşmüş hesab olunur.
20-dən çox Nepallı yüksək hündürlük bələdçisi və yürüyüşçüsü iki həftə əvvəl dırmanma mövsümünə hazırlaşmaq üçün Katmandudan baza düşərgəsinə gəlmişdi. Onlar dağadırmananlar üçün marşrutlar hazırlayır və düşərgəni sahmana salırdılar. Məhz bu vaxt əraziyə qar uçqunu düşüb. Bazar günü səhər tezdən onlarla əlaqə kəsilib. Xilasedicilər daha əvvəl düşərgə ərazisindən xilas edilən 10 nəfəri vertolyotlarla təxliyə ediblər.
Faciəyə Benqal körfəzi bölgəsində başlayan siklonun yaratdığı qeyri-adi hava şəraiti səbəb ola bilər. Dağın yerləşdiyi Mananq dairəsinin administrasiyasının məlumatına görə, keçən həftəsonu regionda güclü qarla yanaşı leysan yağışlar yağıb, bu da daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Məryəm





















