ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verib.
Məlumatda qeyd olunur ki, çərşənbə axşamı Tramp Vaşinqtonda zərərli ağcaqanadların sayının azı 90 faiz, gənələrin sayının isə azı 50 faiz azaldılmasını nəzərdə tutan icraedici sərəncam imzalayıb.
Proqramın həyata keçirilməsində biotexnologiya və qeyri-kimyəvi üsullardan istifadə olunacaq. Planın hazırlanmasında daxili işlər və kənd təsərrüfatı nazirləri, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri iştirak edəcəklər.
Tramp əvvəllər ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması təşəbbüsünü dəstəkləmişdi. Jurnalistlərin məlumatına görə, bir neçə ay əvvəl onun nümayəndəsi Con Koul Vaşinqton və Moskva arasındakı münasibətlərdə yaranmış dalana dirənmə vəziyyətini aradan qaldırmaq üçün yeni bir ideya ilə prezidentə müraciət etmişdi.
Sentyabr ayında ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə söhbəti barədə müsbət fikirlər səsləndirdi. O, rusiyalı həmkarının razılıq əldə etmək istədiyini vurğuladı. Ağ Ev rəhbəri Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə ümid edir.
Yeganə




















