Belçika, Niderland, Lüksemburq və İsveç oktyabrın 1-dən etibarən Rusiyanın qeyri-biometrik xarici pasportlarını qəbul etməyi dayandırıb.
Elchi.az xəbər verir ki, bu məlumatı Moskvadakı avropalı diplomatlar təsdiqləyiblər. Qərar rəsmiləşdirilməsi üçün biometrik məlumatlar tələb olunmayan 5 illik pasportlara şamil edilir. İndi sözügedən ölkələr tərəfindən yalnız 10 illik biometrik pasportlar tanınacaq.
Belçika, Niderland və Lüksemburqda oktyabrın 1-dən Rusiyanın adi qeyri-biometrik, habelə diplomatik və xidməti pasportları viza və səfərlər üçün keçərsiz sayılır.Bu cür pasportlarla artıq verilmiş vizalar 31 dekabr 2026-cı il tarixinədək etibarlıdır. İsveç də analoji məhdudiyyətlər tətbiq edib, lakin oktyabrın 1-dək verilmiş vizası və ya yaşayış icazəsi olanlar üçün 2026-cı ilin sonunadək istisna nəzərdə tutulub.
Məryəm





















