Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen “Rusiya və Ukrayna arasında bərabər şərtlərlə aparılan sülh danışıqlarından imtina edilməlidir” -deyə bildirib.
“Ukrayna ən çox sülh istəyir, amma təbii ki, ədalətli sülh. Təcavüzkarla qurbanı bərabərləşdirən sülh danışıqları rədd edilməlidir”, – Avropa rəsmisi G7 sammitində bildirib.
G7 sammiti mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayıb və mayın 21-dək davam edəcək. Tədbirə Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam dəvət olunub.
Bir müddət əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, G7 ölkələri 2022-ci ildə göstərdikləri qətiyyətlə Ukrayna hadisələri fonunda Rusiyaya qarşı “vintləri sıxmağı” planlaşdırır.
Nuranə Məmmədova