Çərşənbə günü, sentyabrın 16-da “Proqress MS-35” yük gəmisi olan “Soyuz-2.1b” raketi Baykonur kosmodromundan start götürərək Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru istiqamət alacaq.
Elchi.az xəbər verir ki, start pəncərəsi doklamanı daha tez həyata keçirilməsi üçün xüsusi olaraq BKS orbitinin müstəvisi üzrə hesablanıb. İlkin olaraq “Proqress MS-35” gəmisinin buraxılışı sentyabrın 9-na planlaşdırılsa da, sonradan təxirə salınmışdı. Gəminin göyərtəsində kosmonavtlar üçün yanacaq, su, ərzaq, elmi avadanlıqlar, texnika və digər faydalı yüklər var.
Buraxılış 31/6 saylı start meydançasından həyata keçiriləcək.
Məryəm





















