Yaponiya müdafiə potensialının artırılması çərçivəsində 2027-ci ildən 2031-ci ilə qədər müxtəlif təyinatlı təxminən 52 min pilotsuz uçuş aparatı almağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, bu 52 min dronun təxminən 10 mini quru hədəflərinə zərbələr endirmək iqtidarında olan uzaqmənzilli zərbə PUA-ları, 7,5 mini isə kəşfiyyat dronları olacaq. Həmçinin qeyd olunur ki, pilotsuz sistemlərin və süni intellekt texnologiyalarının inkişafına təxminən 7 trilyon ien (cari məzənnə ilə 45 milyard dollar) yönəldilməsi planlaşdırılır.
Silahlı qüvvələrin ehtimal edilən rəqibin ərazisindəki hədəflərə cavab zərbələri endirmək vasitələri ilə, o cümlədən uzaqmənzilli raketlərlə təchiz edilməsinə 9 trilyon iendən çox (58 milyard dollar) vəsaitin ayrılması nəzərdə tutulur – bu da ölkənin mövcud milli təhlükəsizlik strategiyasında nəzərdə tutulandan altı dəfə çoxdur.
Məryəm





















