Şirkət Konqresin təzyiqi ilə ABŞ hakimiyyət orqanları ilə “əməkdaşlığa” başlayıb.
Twitter 2017-ci ilin payızında ABŞ Demokratlar Partiyasının Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı bəyanatları fonunda iki araşdırma aparıb, lakin heç vaxt buna dair heç bir sübut tapmayıb.
Elchi.az xəbər verir ki, şirkətlərin daxili sənədlərinə əsaslanan müvafiq material müstəqil jurnalist Mett Taibbi tərəfindən Twitter-də dərc edilib.
O, demokratların araşdırmanın nəticələrindən narazı olduğuna diqqət çəkib və mikrobloqlar şəbəkəsində siyasi reklamların yerləşdirilməsi imkanlarını məhdudlaşdıran tədbirlərin hazırlanması barədə şirkət rəhbərliyini xəbərdar edib.
Taibbi yazır ki, Konqresin təzyiqi altında Twitter sahibləri Birləşmiş Ştatlar səlahiyyətliləri ilə “əməkdaşlıq etməyə” razılıq verdilər, nəticədə istifadəçilərə reklam yazılarının və onları yayan kanalların şirkət tərəfindən “öz ixtiyarına uyğun olaraq” silinə biləcəyi barədə xəbərdarlıq edildi.
Daxili sənədlərə görə, MKİ-nin məlumatına görə, guya “dövlətdən maliyyə alan və kiberməkanda fəaliyyət göstərən” hesablara qarşı ekstremal tədbirlər tətbiq edilib.
Şayəstə