Türkiyənin Siirt əyalətində Botan çayında suyun səviyyəsinin qəfil yüksəlməsi nəticəsində faciə baş verib.
"Elchi.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, su altında qalan 6 nəfərin həyatını xilas etmək mümkün olub. Su altında qalan digər şəxslərin qurtarılması üçün iş davam etdirilir.
Bölgəyə göndərilən xilasetmə dəstələri qısa müddət ərzində 4 anəfəri son anda xilas edib.
Türk mətbuatının məlumatına gör, hələlik 6 nəfər itkin düşüb.
Həmçinin Siirt Dövlət Xəstəxanasına ikisi ağır vəziyyətdə olmaqla, 8 yaralının da yerləşdirildiyi bildirilir.
"Elchi.az" həmçinin bildirir ki, su altında qalan şəxslərin əksəriyyəti bölgəyə piknik məqsədi ilə gedən şəxslərdir.
[gallery type="slideshow" ids="6308,6309,6310"]