Tramp Putinə xəbərdarlıq edib

🗓 27.05.2025 22:07 ✍️ "Elçi" qəzeti
Tramp Putinə xəbərdarlıq edib
"Rusiya prezidenti Vladimir Putinin odla oynadığı iddia edilir". Elchi.az xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin rəhbəri Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında verib. “Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çoxlu dəhşətli hadisələr gələrdi. O, odla oynayır!” – Amerika lideri xəbərdarlıq edib. Bir müddət əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Trampın Putinin hərəkətlərindən və Rusiya Aerokosmik Qüvvələrinin Ukraynadakı hədəflərə zərbələr endirməsindən narazılığı ilə bağlı sözlərini “emosional yüklənmə” ilə əlaqələndirib. Yeganə

Bənzər yazılar