"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Tarixin məşhur simalarının türmə həyatı

05 Avqust 2014 - 19:24
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Stalin oğurluğa görə 5 dəfə türməyə düşüb, Yanukoviç isə dələduzluğaimg1613461 görə…

Son illər Azərbaycan türmələri məşhurlarla dolub-daşır. Siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri, gənc aktivistlər sanki növbə ilə, bir-birinin ardınca türməyə göndərilir. Amma tarix sübut edir ki, dünya üzrə türməyə düşən məşhurların ümumi sayı da az olmayıb. Siyasətin ən tanınmış simaları tarixin müəyyən dönəmlərində məhbəs həyatı yaşayıblar.
Başlayaq Vladimir İliç Lenindən. Oktyabr inqilabının öncülü və Xalq Sovet Komissarının birinci katibi zamanında fəhlələr arasında aktiv təbliğat aparıb. 70-dən artıq təbliğat vərəqələri paylayıb. 1895-ci ilin dekabrında həbs olunub. Bir il türmədə yatandan sonra 3 il müddətinə Yenisey quberniyasına sürgünə göndərilib.
İosif Vissarionoviç Stalin isə türmədə düz 6 dəfə yatıb. Amma bunlardan cəmi bir dəfəsi siyasi səbəblər ucbatından baş verib. Digər 5 həbsin səbəbi isə soyğunçuluq olub. Gənc ideoloq maddi vəsait əldə etmək üçün soyğun, oğurluq, talançılıqla məşğul olurdu. Stalin hətta Tiflisdə həmin vaxt üçün fantastik rəqəm sayılan 1,4 milyon rubl oğurlamaqla tarixdə “qabiliyyətli” oğru kimi ad qazanıb. Bundan başqa, Stalinin bandası Bakıda da bütün neft maqnatlarını qorxu altında saxlamağı bacarıb. Onun banditlik fəaliyyətinin pik nöqtəsi isə “İmperator Birinci Nikolay” adlı paroxoda hücumu olub.
Adolf Alaizoviç Hitlerdən isə xüsusi danışmaq lazımdır. Onu ilk dəfə 1923-cü ildə siyasi səbəblərdən həbs ediblər. Səbəb hökumət əleyhinə təbliğat aparması olub. Türmədə isə komfortlu şəraitdə saxlanıb, onun kamerasını digər məhbuslar yığışdırıb. Hitlerə daim ziyarətçi qəbul etməyə icazə verilib. Bununla yanaşı, o, türmədəikən özünün “Mənim mübarizəm” adlı kitabını yazıb.
Fidel Aleksandroviç Kastro, Kuba liderinin yolu da türmədən keçib. Kubada aktiv inqilabi hərəkatın iştirakçısı olan Kastro 1953-cü ilin 26 iyulunda San Diyeqidaki Monkada kazarmasına hücum təşkil edib. Bununla da o, diktator Fulqeniko Batisti devirməyə çalışıb. Onun başçılıq etdiyi dəstə uduzsa da, Kastro kəndlərdən birində gizlənməyə nail olub. Onu orda 1 avqust tarixində aşkar ediblər. Məhkəməsində Kastro əminliklə bildirib ki, tarix onu haqlı çıxaracaq. Məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb, bir müddət sonra isə amnistiya ilə azadlığa çıxıb. 4 il sonra Fidel Kastro Kuba hakimiyyətini devirib.
Nelson Rolilahlaloviç Mandela da qaradərililərin aktiv müdafiəçilərindən biri (eyni zamanda CAR-ın ilk qaradərili prezidenti) kimi türmənin “dadı”nı görənlərdən olub. O, 1961-ci idə qaradərililərin üsyanını təşkil edib. Buna görə 17 ay sonra saxlanılaraq həbs edilib. Bu həbsin gerçəkləşməsinə ABŞ-ın xüsusi xəfiyyələri yardımçı olub. Məhkəmə onu 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb.
Amma onun həbs həyatı bununla yekunlaşmayıb. Mandela ümumən 27 il həbsdə yatıb. Bu müddət ərzində o, dünya şöhrəti qazana bilib, onun ictimai çıxışları isə tarixin bir hissəsinə çevrilib.
Venesuelanın sabiq prezidenti Uqo Rafaeloviç Çavesdən də xüsusi danışmaq lazımdır. 1992-ci ildə onun rəhbərlik etdiyi ordu kolonları etiraz əlaməti olaraq Karakas küçələrinə çıxıblar. Onlar hakimiyyəti ələ keçirmək istəmədiklərini, sadəcə, onu yenidən qurmaq istədiklərini bəyan ediblər. Bunun ardınca isə Uqo Çaves qan tökmək istəmədiyi üçün hakimiyyətə təslim olub, öz silahdaşlarını silahlarını yerə qoymağa çağırıb. Bu üsyanın hazırlığı və təşkilatçılığı ilə bağlı bütün məsuliyyəti isə öz üzərinə götürüb. Çavesi və tərəfdarlarını 2 il müddətinə azadlıqdan məhrum ediblər.
Ukraynanın keçmiş prezidenti Viktor Fyodoroviç Yanukoviçi türmənin “tozlu kameralarında” görmək olub. İlk dəfə onu 1970-ci ildə cəzalandırıblar. Amma siyasi yox, kriminal səbəblərə görə. Qarət, dələduzluq və zorakılıq əməllərinə görə həmin vaxt 3 il müddətinə azadlıqdan məhrum edilən Yanukoviç yetkinlik yaşına çatmayanlarla eyni kolonda qalıb.
 
Sevinc TELMANQIZI 
Previous Post

Tarixin məşhur simalarının türmə həyatı

Next Post

Azərbaycan hərbçiləri I Qarabağ müharibəsində Monte Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv ediblər

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Azərbaycan hərbçiləri I Qarabağ müharibəsində Monte Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv ediblər

Azərbaycan hərbçiləri I Qarabağ müharibəsində Monte Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv ediblər

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.