İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı planlaşdırdığını elan edib.
Milyarderin sözlərinə görə, “Terafab” adlı müəssisənin Teslanın Ostindəki (Texas ştatı) qərargahının yaxınlığında tikilməsi planlaşdırılır.
Elchi.az xəbər verir ki, bu barədə şənbə günü Bloomberg məlumat yayıb.
“Terafab” layihəsinin əsas detalları:
İki növ çip: Müəssisə iki istiqamət üzrə ixtisaslaşacaq:
Avtomobillər və humanoid robotlar üçün.
SpaceX və xAI tərəfindən kosmik məlumat mərkəzlərinin yaradılmasında istifadə olunacaq çiplər.
Struktur: Maskın “X” platformasında yazdığına görə, “Terafab” texniki baxımdan hər biri yalnız bir növ çip istehsal edən iki ayrı fabrikdən ibarət olacaq.
Zərurət: Mask qeyd edib ki, hazırkı çip sənayesi onun layihələrinin ehtiyaclarını qarşılayacaq sürətlə tədarük həyata keçirmir: “Ya biz Terafab-ı tikirik, ya da çipsiz qalırıq. Bizə çiplər lazımdır, deməli, Terafab-ı tikirik”.
Məqsəd: Müəssisənin illik ümumi gücü 1 teravatt olan çiplər istehsal etməsi hədəflənir. Bu, hazırda ABŞ-da bir il ərzində istehsal olunan gücdən təxminən iki dəfə çoxdur.
Gələcək hədəflər:
Mask həmçinin ildə 100-200 giqavatt güc təmin edə bilən çiplərin və kosmosda 1 teravatt güc üçün nəzərdə tutulan digər çiplərin istehsalı planlarından danışıb. Lakin müəssisənin işə salınma vaxtı və bu göstəricilərə nə vaxt nail olunacağı barədə dəqiq tarix qeyd edilməyib.
Məryəm





















