Sumqayıtda oğurlanan uşaq tapıldı (VİDEO)
Nəsimi rayonu ərazisində tapılan körpə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hüquq-mühafizə orqanlarının axtarışı nəticəsində 2 aylıq körpəni oğurlayan qadının görüntüləri əldə olunsa da, bu vaxta qədər körpə tapılmamışdı.
Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.
Məsələ ilə bağlı açıqlama verən Elgiz Əkbər uşağın oğurlanmasından sarsıntı keçirdiyini, körpəni mənəvi övladı hesab etdiyini, bir ata kimi olaydan şoka düşdüyünü bildirmişdi.
Hazırda körpəni oğurlayan qadının saxlanıldığı bildirilir.
Körpənin oğurlanması kadrlarını bir daha təqdim edirik:
(Axar.az)