Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfəri zamanı bu ölkəni Rusiya ilə müharibədə sona qədər dəstəkləyəcəklərini bildirib.
Stoltenberq Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfədir ki, Ukraynada olub. Baş katib kimi dördüncü dəfə Ukraynaya səfər edən Stoltenberq prezident Vladimir Zelenski ilə görüşüb.
Səfəri ilə bağlı sosial şəbəkədə mesaj paylaşan Stoltenberq Kiyevdə olmaqdan və Zelenski ilə görüşməkdən şərəf duyduğunu bildirib.
NATO-nun verdiyi bəyanatda Stoltenberq və Zelenski mətbuat konfransı keçirib və baş katibin çıxışı da yer alıb.
Ukraynalılara müraciət edərək, “NATO bu gün, sabah və sona qədər sizinlədir”. Stoltenberq Rusiyaya qarşı Ukraynanı dəstəkləyəcəklərini vurğulayıb.
Şayəstə